Brent' və 'Azəri Layt' bahalaşdı – Qiymətlər daha da arta bilər

Brent' və 'Azəri Layt' bahalaşdı – Qiymətlər daha da arta bilərSon günlər ucuzlaşma tendensiyası ilə diqqət çəkən dünya neft bazarında qiymətlər yenidən yüksəlişə keçib. Hazırda "Brent" markalı neftin bir barreli 78,93 dollara, yüngül neftin (WTI) bir barreli isə 74,37 dollara təklif olunur. Eyni zamanda, "Azəri Layt" markalı Azərbaycan neftinin də qiyməti artaraq bir barreli 82,07 ABŞ dollarına çatıb.
İqtisadçı Asif İbrahimov azxeber.com-a açıqlamasında deyib ki, neft bazarında siyasi bəyanatlar da onun qiymətinin artıb-azalmasına təsir göstərir:
"Neft bazarında fundamental amillərlə yanaşı, geosiyasi hadisələr və hətta siyasi bəyanatlar da neftin qiymətinin artıb-azalmasına təsir göstərir.
Son günlər İran və ABŞ arasında baş verən qarşıdurma, eləcə də gəmilərin vurulması ilə bağlı insidentlər neft bazarında qiymətlərə təsir edən əsas amillərdən biri olub. Hazırda dünya bazarında neft qiymətlərinin yenidən yüksəlməsinin əsas səbəbi geosiyasi risklərin artmasıdır. Xüsusilə ABŞ və İran arasında gərginliyin yenidən kəskinləşməsi investorlarda neft tədarükünün təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Bu isə bazarda risk mükafatının yüksəlməsinə və nəticədə qiymətlərin bahalaşmasına səbəb olur".
O qeyd edib ki, geosiyasi gərginliyin artması prosesi sürətləndirərək neftin bahalaşmasına əlavə dəstək verir:
"Xüsusilə dünya üzrə neft daşımalarının böyük hissəsinin həyata keçirildiyi Hörmüz boğazı ətrafında yaranan risklər bazar iştirakçıları tərəfindən diqqətlə izlənilir. Dünya üzrə gündəlik neft tədarükünün təxminən 20-21 faizi, mayeləşdirilmiş təbii qazın (LNG) isə təxminən 35 faizi bu boğaz vasitəsilə daşınır. Buna görə də tədarük zəncirində hər hansı fasilə ehtimalı belə qiymətlərə dərhal təsir göstərir.
Son həftələrdə qiymətlərin müəyyən qədər ucuzlaşmasından sonra investorların bir qismi yenidən alış mövqelərini açmağa başlayıb. Bununla yanaşı, geosiyasi gərginliyin artması da bu prosesi sürətləndirərək neftin bahalaşmasına əlavə dəstək verir".
İqtisadçı bildirib ki, yaxın dövrdə neft bazarında yüksək volatilliyin davam edəcəyi gözlənilir:
"Yaxın Şərqdə gərginlik davam edər və tədarüklə bağlı risklər artarsa, neft qiymətlərində yüksəliş tendensiyası müəyyən müddət davam edə, hətta qiymətlər daha da arta bilər. Əksinə, diplomatik həll istiqamətində irəliləyiş əldə olunarsa və bazar iştirakçıları tədarük risklərinin azaldığını qiymətləndirərlərsə, neft qiymətləri yenidən sabitləşə və eniş trendinə qayıda bilər. Hazırkı mərhələdə bazarın əsas diqqəti neftə olan tələb və təklifdən daha çox geosiyasi proseslərə yönəlib. Yəni hazırda neft qiymətlərini əsasən risk mükafatının artması formalaşdırır. Risklər artdıqca bu, avtomatik olaraq qiymətlərə təsir göstərir. Neft təkcə enerji daşıyıcısı deyil, eyni zamanda psixoloji amillərə həssas olan strateji məhsuldur. Buna görə də bazarda baş verən hər bir geosiyasi hadisə qiymətlərdə dərhal öz əksini tapır. Yaxın dövrdə neft bazarında yüksək volatilliyin davam edəcəyi gözlənilir".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 09 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.167 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.57% bahalaşaraq 56.19 AB

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026