Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı şərtini AÇIQLADI
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, Rusiyaya qarşı beynəlxalq sanksiyalar yalnız onun bütün qoşunları Ukraynanı tərk etdikdən sonra ləğv edilməlidir.
KONKRET.az xəbər verir ki, bu barədə G7 (Böyük Yeddilik) dövlətlərinin xarici işlər nazirlərinin görüşündə danışan Liz Trass həmçinin vurğulayıb ki, müttəfiqlər Ukraynanın müqavimətini dəstəkləmək üçün "daha da sürətlə" getməlidirlər.
Onun sözlərinə görə, gələcəkdə baş verə biləcək növbəti təcavüz hallarının qarşısını almaq üçün Rusiya Prezidenti Vladimir Putin məğlubiyyətlə üzləşməlidir.
Trass Almaniyada keçirilən görüşdə həmkarlarını Rusiya qoşunları Ukraynada qaldığı müddətdə növbəti sanksiyalar dalğasına sadiq qalmağa çağırıb:
"Putin dünya səhnəsində özünü alçaldır. Biz Ukraynada ona heç bir xeyir gətirməyən və nəticədə gələcək təcavüzü məhdudlaşdıran məğlubiyyətlə üzləşməsini təmin etməliyik".
Trass Ukraynanın müdafiəsinə dəstəyin, o cümlədən NATO hərbi alyansı tərəfindən istifadə edilən hərbi texnikaya çıxış imkanlarının artırılması barədə çağırışlarını təkrarlayıb.
Ukrayna və Moldova xarici işlər nazirlərinin cümə günü Almaniyada keçiriləcək başqa bir toplantıda G7 nazirlərinə qatılacaqları gözlənilir.//Oxu.az
Xidmetler [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək