Bu 7 ölkə neftlə bağlı qərar qəbul etdi
OPEC+ ölkələri sentyabr ayından etibarən neft hasilatı kvotalarını gündəlik təxminən 188 min barel artırmağı təsdiqləməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bundan sonra isə hasilatın artırılması ilin sonunadək dayandırılacaq.
Məlumata görə, söhbət bu il ərzində hasilatı mərhələli şəkildə artıran yeddi ölkədən – Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Əlcəzair, Qazaxıstan və Omandan gedir.
"Reuters" qeyd edir ki, faktiki hasilat artımı təsdiqlənmiş kvotalardan xeyli aşağı olub. Buna səbəb Rusiyanın Ukraynaya qarşı müharibəsi və Yaxın Şərqdəki münaqişə fonunda yaranan ixrac problemləri nəticəsində Fars körfəzi ölkələri, eləcə də Rusiya və Qazaxıstandan tədarüklərin pozulmasıdır.
Məlumata görə, 2026-cı ilin sonunadək hasilatın daha da artırılmaması qərarı 2027-ci ildən tətbiq ediləcək yeni kvotaların hesablanacağı baza hasilat səviyyələri ilə bağlı qarşıdakı danışıqlarla əlaqədardır.
Sentyabr ayında planlaşdırılan artım OPEC+ ölkələrinin 2023-cü ildə könüllü olaraq gündəlik 1,65 milyon barel həcmində hasilat ixtisarının mərhələli şəkildə ləğvinin son mərhələsi olacaq. Bundan sonra isə 2022-ci ildən qüvvədə olan, gündəlik təxminən 2 milyon barel həcmində hasilat məhdudiyyəti qüvvədə qalacaq. Alyans həmin həcmlərin iştirakçı ölkələr arasında necə bölüşdürüləcəyini hələ müəyyənləşdirməyib.
Qeyd edək ki, OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) dünya neft hasilatının təxminən üçdəbirini təmin edən 12 ölkəni birləşdirir. OPEC+ formatına isə təşkilata üzv dövlətlərlə yanaşı Azərbaycan, Qazaxıstan, Meksika, Oman və Rusiya da daxil olmaqla daha 10 ölkə daxildir. Ümumilikdə, OPEC+ çərçivəsində 22 dövlət qlobal neft bazarında tələb və təklif balansını tənzimləmək məqsədilə hasilat siyasətini koordinasiya edir.
Günay Əli
KONKRET.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub