Bu avtomobillər 600 manatdan satışa çıxarılır
Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq.
azxeber.com xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 29 sentyabr 2026-cı il tarixində keçiriləcək.
Hərracda minik avtomobilləri ilə yanaşı, avtobus, mikroavtobus, yük və xüsusi təyinatlı nəqliyyat vasitələri də satışa təqdim olunacaq.
Ən aşağı start qiyməti 600 manat olan 1995-ci il istehsalı "Mitsubishi Roza" avtobusuna müəyyənləşdirilib. "QAZ-3102" 750, "QAZ-31029" isə 1 125 manatdan təklif ediləcək.
"Hyundai Elantra" və "Nissan Maxima" modellərinin ilkin qiyməti 1 500 manatdır.
Hərracda daha yüksək qiymətə təqdim olunan avtomobillər arasında 2013-cü il istehsalı "Range Rover Vogue" da var. Onun start qiyməti 21 min manatdır.
Bundan başqa, "Land Rover Freelander" modelləri 11 250 və 16 500, "Hyundai Equus" 12 300, "Hyundai H-1" 8 250, "Volkswagen Passat" 5 625, "Peugeot Partner" və "Volkswagen Caddy" isə 5 400 manatdan satışa çıxarılacaq.
Xidmetler [newsid: 0-123300]

Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü