"Bu baş verərsə, Ermənistanla Azərbaycan arasında müharibə qaçılmaz olacaq" – ÖZƏL

Ermənistanda yüksələn etiraz səsləri getdikcə daha da artır. Müxalifətin oturaq aksiya qərarı və meydanlara çadırların gətirilməsi ölkədə vəziyyətin anbaan gərginləşməsindən xəbər verir. Erməni mənbələri yazır ki, bir neçə gündür paytaxt İrəvanda başlanılan etiraz aksiyaları hər keçən gün şiddətlənir.
Maraqlıdır, etirazçılar öz istəyinə nail ola biləcəkmi? Ermənistanın Baş Naziri Nikol Paşinyan hakimiyyəti devriləcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, hakimiyyətin istefasının tələb edilməsi sülh prosesinə mənfi təsir göstərir: "Hazırda sülh prosesi Brüssel sülh gündəliyinə uyğun olaraq icra edilir. Buna baxmayaraq  Ermənistanda itaətsizlik nümayişləri başlayıb. Nümayişçilərin əsas məqsədi hazırki siyasi iqtidarı və hökuməti istefaya göndərməkdir. Ermənistanın əsas küçə və prospektində çadırlar qurulur və şüarlar səsləndirilir. Nümayişçilərin sayı getdikcə artmaqdadır. Etriaz aksiyaları Nikol Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Lakin bu, çox da asan məsələ deyil. Çünki Paşinyan parlamentdə də çoxluğa malikdir. O, nümayişlərdən öz siyasi məqsədləri üçün istifadə edir. İndiki məqamda həm Türkiyə, həm Ermənistanla münasibətlərin normallaşmasına start verilib. Vyanada Türkiyə ilə Ermənistan nümayəndə heyəti arasında görüş keçirilib. Belə olan halda Emənistanda neqativ abu-havanın sürtələ artması, hakimiyyətin istefasının tələb edilməsi sülh prosesinə mənfi təsir göstərir. Nümayişçilər arasında saxlanılanlar var. Paşinyan meydanları boş qoymamaq üçün iradə nümayiş etdirir. Ötən il olduğu kimi bu il də o, öz tərəfdarlarını toplayaraq gücünü nümayiş etdirə bilər".
Politoloqun fikrincə, Paşinyan hakimiyyətinin devrilməsi asan məsələ deyil. Ancaq bu baş verərsə müharibə qaçılmaz olacaq: "Lakin bu ehtimal hər zaman var. İndiki siyasi rəhbərlik devrilərsə və Qarabağ klanı hakimiyyətə gələrsə Azərbaycanla münasibətlər yenidən gərginləşəcək. Bu gərginlik isə müharibə ilə nəticələnəcək. Robert Koçaryan özü də həmin məsələ ilə bağlı fikirlərini ifadə etmişdi. Lakin Koçaryan bilir ki, yeni müharibə də Ermənistanın məğlubiyyəti ilə nəticələnəcək. Azərbaycan qalib dövlət kimi 10 noyabr bəyanatının implementasiyasını güc yolu ilə həyata keçirə bilər. Ordumuz istənilən ssenariyə hazırdır. Burada anti-terror əməliyyatları da istisna olunmur. Eyni zamanda revanşistlərin hakimiyyətə gəlməsi Ermənistan xalqının da niyyətindən kənardır. Çünki ötən il baş tutan növbədənkənar parlament seçkilərində Paşinyan yenidən qalib oldu. Erməni xalqı müharibənin çıxış yolu olmadığını anladı. Onlar bilir ki, hazırki vəziyyətdə Nikol Paşinyanı kənarlaşdırmaq, həbs və ittiham etmək çıxış yolu deyil. ABŞ və Avropa sülh prosesini dəstəkləyir. Paşinyanın devrilməsi Qərb institutlarına da zərbə olar. Buna görə də onun kürsünü asanlıqla təhvil verəcəyini gözləmək olmaz".
İ.Hüseynov qeyd edib ki, Ermənistan ilk növbədə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, ərazi bütövlüyümüzü tanımalıdır: "Delimitasiya, demarkasiya işləri və eləcə də kommunikasiyaların açılması prosesi getdikcə sürətlənməlidir. Təəssüf ki, Ermənistan tərəfi dəmiryolunun çəkilməsinə razılıq versə də onun texniki əsaslandırılmasını icra etməyib. Həmçinin, avtomobil yolunun çəkilməsi ilə bağlı da yekdil fikir yoxdur. Bütün bunlar qəbuledilməzdir. Azərbaycan sülh təşəbbüsü ilə çıxış edir. Onun təklif etdiyi beş baza prinsipi Ermənistan tərəfindən qəbul olunub. XİN rəhbərləri arasında indiyə kimi iki dəfə telefon danışığı baş tutub. Lakin sülh müqaviləsi çətin prosesdən keçir. Ermənistan daxilindəki mitinqlər sülh prosesinə də mənfi təsir göstərir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 04 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumat cəbhədən son xəbərlər 2026 sonxeber cəbhədən xəbər