Bu çərəzin qiyməti kəskin BAHALAŞDI
İranda müharibə fıstıq qiymətlərinin son illərdə ən yüksək artımına səbəb olub.
Mart ayında fıstığın qiyməti 500 qram üçün təxminən 4,57 dollara yüksəlib ki, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir.
Dünya fıstıq istehsalının 1/5 İranın payına düşür, bəzi illərdə isə ölkə qlobal ixracın 25-30%-ni təmin edib.
Qeyd edilib ki, ABŞ-İsrail-İran münaqişəsi Yaxın Şərqdə logistikanı pozaraq məhsul satışını çətinləşdirib. Dünyada fıstığa tələbat 2023-cü ildə internetdə viral olan fıstıq kremi ilə doldurulmuş "Dubay şokoladı" trendləri ilə də daha da artıb.
ABŞ, Türkiyə və İranda 2025-ci il bu məhsulun istehsalı proqnozlaşdırılandan az olub. İrana qarşı sanksiyalar, dəniz blokadası ixracı çətinləşdirib, internet və kommunikasiya problemləri isə satış koordinasiyasını daha da ləngidib. Bəzi İran təchizatçıları ilə əlaqə qurmaq çətindir, çünki internet kəsilib, e-poçtlara cavab verə bilmirlər. Yaxın Şərq və Hindistana fıstıq tədarükündə ciddi fasilələr yaranıb.
Yaxın Şərq həm əsas istehlakçı, həm də tranzit mərkəz kimi bu ticarətdə mühüm rol oynayır. İran məhsulu tez-tez Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə vasitəsilə dünya bazarına çıxarılır.
Münaqişə davam etdikcə İran fıstığının qlobal bazarlara nə qədər çıxacağı ilə bağlı qeyri-müəyyənlik artır. Yayda dondurma istehsalı üçün də fıstığa tələbat artır. Bu da münaqişə davam edəcəyi halda dünya bazarında fıstığın daha da bahalaşacağını qacılmaz edəcək./Apa / azxeber.com

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb