"Bu cür ölə-ölə yaşamaqdansa, birdəfəlik ölmək yaxşıdır" - Səmədovdan sərt sözlər

"Hamı bilir ki, qeydiyyatdan keçmiş iyirmidən çox partiyadan üç-dördünü çıxandan sonra yerdə qalanları partiya deyil".
KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi partiyaların təkrar qeydiyyat prosesinin yekununu dəyərləndirən fəaliyyətini dayandırmış Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) keçmiş sədri Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, zamanında partiyanın fəaliyyətinin dayandırılması haqqında qərar düzgün addım olub:
"Sizə səmimi deyirəm, görünür, onlara ciddi güzəşt oldu. Digər tərəfdən, yəqin ki, o imzalar dostlardan, tanışlardan "xahiş edirəm, buraya qol çək" formasında alınıb. Yəni onlar üzv deyillər… Azərbaycanda 20-dən artıq partiyanın 5 min üzvünün olması qeyri-mümkündür.
Yeni Azərbaycan Partiyasının üzvləri çoxdur, bu, aydındır. Deyək ki, narazıların da bir hissəsi müəyyən partiyalara yaxınlaşır, yerdə qalanlarına niyə getməlidirlər? İnsanlar ilk növbədə öz problemlərini həll etmək istəyirlər. O partiyalar nəyisə həll edirlərmi? Təbii ki, etmirlər.
Ona görə də mən hesab edirəm ki, bu töhmətdən qurtarmaq lazım idi. Hər dəfə soruşurdular ki, partiya fəaliyyət göstərir, göstərmir? Nə qədər üzvünüz var? Bu baxımdan, düşünürəm ki, partiyanın fəaliyyətinə xitam verilməsi düzgün qərar olub.
Onsuz da partiya sədrlərinin çoxu siyasi ekspert kimi çalışır, yerdə qalanlarının isə heç səsi də gəlmir. Yaxşı, qeydiyyatdan keçdilər, amma bununla nə qazana bilərlər ki? Hamı bilir ki, qeydiyyatdan keçmiş iyirmidən çox partiyadan üç-dördünü çıxandan sonra yerdə qalanları partiya deyil…
Əminəm ki, onlar da nə vaxtsa bu cür ölə-ölə yaşamaqdansa, birdəfəlik ölməyin yaxşı olduğunu qəbul edəcəklər. Hər kəs bacardığı işlə məşğul olsa, yaxşıdır. Yeri gəlmişkən, fəaliyyətin dayandırılması haqqında qərarı ilk dəfə bizim partiya qəbul etdi. Bizdən sonra təqribən otuz partiya eyni addımı atdı. İnşallah, daha on beşi də eyni qərarı qəbul edər".

Siyasi       Tarix: 18 sentyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi cəbhədən yeni xəbərlər azerbaycanda son xeberler meherremlik 2026