Bu ərazi ilə bağlı 7 ballıq zəlzələ XƏBƏRDARLIĞI
Türkiyəli məşhur seysmoloq Naci Görür Çanaqqalanın zəlzələyə davamlı şəhər olmadığını və bölgənin ciddi təhlükə altında olduğunu bildirib.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, o, bu barədə Çanaqqala Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilən "Çanaqqalanın Zəlzələyə Davamlılığı" adlı konfransda çıxışı zamanı danışıb.
"Çanaqqala zəlzələyə davamlı şəhər deyil. Onun yerləşdiyi ərazi seysmik cəhətdən aktivdir. Özünüzü aldatmayın. Buradakı hər bir qırılma xətti 7 və daha çox bal gücündə zəlzələyə səbəb ola bilər", – deyə Görür bildirib.
O əlavə edib ki, Çanaqqalanın möhkəm yerləri şimal və cənubdakı dağlıq ərazilərdir. "Şimali Anadolu və Marmara bölgələrində zəlzələ gözlənilir. Siz bu iki aktiv qırılma xəttinin ortasında, üstəlik seysmik baxımdan riskli ərazidə yerləşirsiniz", – deyə seysmoloq xəbərdarlıq edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü
Azərbaycanda Konstitusiya Günüdür