Bu ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 20-də bir sıra rayonlarda bəzi 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.
azxeber.com xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Yevlax Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 09:00-dan 12:00-dək şəhərin Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Yeni Yevlax, Qanboy Quliyev, Mirzə Ələkbər Sabir, Səməd Vurğun küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Tərtər EŞ-yə daxil olan Qazyan Qapanlı və Qaynaq kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Planlı fasilə saat 10:00-dan 14:00-dək Ağdaşın Bulaqotağı, Ərəb, Hüşün, Kükəl, Qarağan Sədi,
Qarağan Şıxlar, Yuxarı Qəsil kəndlərinin bir hissəsini əhatə edəcək.
Göyçay EŞ ərazisində saat 10:00-dan 15:00-dək Qaraxıdır, Qaraman, Lək, Mırtı, Şəkər, Veysəlli, Yalman kəndlərinin bəzi ərazilərində enerjinin verilişi məhdudlaşdırılacaq.
Həmçinin paytaxtda Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Beləliklə, saat 10:00-dan 13:00-dək Əsəd Əhmədov, Zahid Xəlilov, Mətbuat, Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov küçələrinin bir hissəsində fasilə olacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü