Bu gün 16 yaşlı qız zorla ƏRƏ VERİLİR: Şəki polisi və icra hakimiyyəti toya müdaxilə edə bilmirlər

Bu gün 16 yaşlı qız zorla ƏRƏ VERİLİR: Şəki polisi və icra hakimiyyəti toya müdaxilə edə bilmirlərŞəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qız zorla ərə verilir.
Bizim.Media-ya bu barədə kənd sakinləri məlumat veriblər.
Belə ki, Zeynəb Umar qızı Məmmədova aprel ayında hərbi xidmətini başa vurmuş kənd sakini Sərxan Rüstəmovla bu gün qeyri-rəsmi nikaha daxil olacaq. Məlumata görə, Zeynəb Məmmədova Kiçik Dəhnə kənd 2 saylı orta məktəbin 10-cu sinfində təhsil alır.
Kənd sakinlərinin sözlərinə görə, qız iki ay əvvəl Sərxan Rüstəmov tərəfindən qaçırılıb. Bu gün isə toy baş tutacaq.
Kiçik Dəhnə kənd bələdiyyə sədri Əlvida Calalov Bizim.Media-ya məsələdən xəbərsiz olduğunu bildirib. Bələdiyyə sədri aqressiv tərzdə kənddə qaz, işıq, su, zibil və digər məsələlərlə məşğul olduğunu deyib:
"Mən nə deyə bilərəm? Nəyimə lazımdır ki... Bilmirəm, kim-kimi alır, kimi-kimə verirlər. Qeydiyyat icra nümayəndəsində gedir", - deyə bələdiyyə sədri cavab verib.
Kənd ərazi nümayəndəsi Seyran Manafovun sözlərinə görə, ailə bu gün cütlüyə nişan mərasimi keçirir:
"Toyun sahibi şəhid atasıdır. Deyir, qocalmışam, nəvəmə nişan edirəm və istəyirəm, xeyir işlərini görüm. Qanunsuz olduğunu bilirik. Polis də xəbərdardır. Nə edə bilərik?"
Şəki Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov isə toyun baş tutmaması üçün səlahiyyətləri çərçivəsində addım atdıqlarını qeyd edib. 
"Rəhbərlik Sərxan Rüstəmovun babası Tapdıq Rüstəmovu fərdi qaydada qəbul edərək azyaşlının nikaha girməsinin qanunsuz olduğunu izah edib. Ona qanunvericiliyin tələbi izah olunub. Amma Tapdıq müəllim özünü aqressiv aparır və oğlunun şəhid olduğunu əsas gətirərək nəvəsinə toy edəcəyini israr edir.
Şəhid atası olduğu üçün yumşaq tərzdə izahat işləri apardıq və toyun yolverilməz olduğunu anlatmağa çalışdıq. Rəhbərlik bu barədə ərazi üzrə polis rəisini də məlumatlandırıb və müvafiq tapşırıq verib. Ola bilsin ki, bu gün toyu etməyə cəhd etsinlər. Amma aidiyyəti qurumlar bundan xəbərdardır. Hər halda polis vaxtında məsələyə müdaxilə edəcək və qanunvericiliyin tələbini hər iki ailəyə izah edəcək.
Maraqlıdır, Tapdıq müəllim bu qədər müdaxiləyə və izahata niyə məhəl qoymur? Yaxşı olar ki, normal şəkildə anlayıb, toydan vaz keçsinlər. Nə tələskənlikdir ki? Belə nüanslara görə biz də çətin durumda qalırıq", - deyə o bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olduğunu bildirib:
"Daxil olmuş məlumatla əlaqədar hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət olunub və araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Qeyd edək ki, ötən il Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılmışdı. Yayılan görüntülər əsasında Şəki Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H. ilə 1991-ci il təvəllüdlü M.S.-in evləndirilməsi faktı öz təsdiqini tapmışdı. Yeniyetmənin valideynləri polisə dəvət olunaraq izahatları alınmışdı.

Sosial       Tarix: 05 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler 2026 cəbhədən yeni xəbərlər xeberler az cəbhədən son xəbərlər 2026