Bu icra başçısı vaxtilə girov götürülübmüş - Belə xilas olub
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla bağlı sensasiyalı fakt üzə çıxıb.
KONKRET.azxəbər verir ki, icra başçısı vaxtilə Dövlət Sərhəd Xidmətinin Şəmkir istiqamətində yerləşən sərhəd zastavasında dəstə komandiri vəzifəsində çalışarkən, tabeçiliyi altında olan zabitlərdən biri qaçaqmalçılar tərəfindən girov götürülür.
A.Əhmədov zabiti xilas etmək müxtəlif tədbirlərə əl atsa da, cəhdləri uğursuz olur.
Keçmiş zabitin bildirdiyinə görə, vəziyyətin çıxılmaz olduğunu görən A.Əhmədov çox ağır, lakin qəhrəmanlıq nümunəsi sayılacaq bir qərar qəbul edir. O, öz zabitinin həyatını xilas etmək üçün şəxsi təhlükəsizliyini düşünmədən özünü girov kimi təklif edir. Yəni qaçaqmalçılarla aparılan danışıqlar nəticəsində zabit azad edilir, əvəzində isə komandir özü girov qalır.
Hadisənin bir çox detalları bu gün də ictimaiyyətə açıqlanmır. Bunun səbəbi isə əməliyyat sirrləri və dövlət təhlükəsizliyi ilə bağlı məqamların olmasıdır. Lakin məlum olan budur ki, sonradan həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçı zərərsizləşdirilir və A.Əhmədov girovluqdan azad olunur. (Masallı xəbərləri)
Qeyd edək ki, 1963-cü il təvəllüdlü A.Əhmədov ehtiyatda olan təhlükəsizlik xidməti general-mayorudur.yenisabah

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?