Bu il 15 tələbə Azercell-dən təqaüd qazandı

Bu il 15 tələbə Azercell-dən təqaüd qazandı"Azercell Telekom" MMC-nin fevral ayında elan etdiyi "Tələbə Təqaüdü Proqramı"nın qalibləri müəyyənləşib.
azxeber.com xəbər verir ki, proqram Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illəri əhatə edən strateji hədəflərə uyğun olaraq həyata keçirilib və STEM istiqamətləri üzrə təhsil alan gənclərin dəstəklənməsinə yönəlib.
Bu il proqrama ümumilikdə 1500-dən çox müraciət daxil olub. Müraciətlərin ilkin qiymətləndirilməsi, namizədlərin bilik və bacarıqlarının yoxlanılması, həmçinin analitik düşünmə qabiliyyətini ölçən mərhələli seçim prosesi nəticəsində 15 tələbə Azercell-in təqaüdünə layiq görülüb. Qaliblər Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, ADA Universiteti, UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti kimi ölkənin aparıcı ali təhsil müəssisələrində təhsil alırlar.
Azercell nümayəndələri proqram qalibləri ilə görüş keçirərək onları bu nailiyyət münasibətilə təbrik edib, xüsusi sertifikatlarla mükafatlandırıblar. Görüş zamanı tələbəri maraqlandıran suallar cavablandırlıb, şirkətin fəaliyyət istiqamətləri və gənclər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat təqdim olunub.
Qeyd edək ki, "Azercell Telekom" MMC "Tələbə Təqaüdü Proqramı"nı 2007-ci ildən həyata keçirir. Bugünədək  şirkət ümumilikdə 300-dən çox tələbəni təqaüdlə təmin edib.

İqtisadiyyat       Tarix: 07 aprel 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılın qiyməti xeyli ucuzlaşdı

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. -a istinadən xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev

Elm və təhsil sahələrinə ümumilikdə 5,4 milyard manat vəsait yönəldilir. Bu, ümumi daxili məhsulun 3,8 faizinə bərabərdir. xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlı

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Apple-ın ilk qatlanan smartfonu Kontakt-da satışa çıxdı: ilk Röya Ayxanı sevindirdi

Apple-ın ilk qatlanan smartfonu iPhone Duo artıq Azərbaycanda rəsmi satışdadır. Yeni modelin satışına oktyabrın 30-da start verən Kontakt ilk gündən böyük maraqla qarşılaşıb. Oktyabrın 29-dan 30-na keçən gecə isə öncədə

Nərimanovda mənzillər üçün yeni satış şərtləri - FAİZSİZ

Nərimanovda təməldən mənzillərin FAİZSİZkreditlə satışı davam edir!. Bakının Nərimanov rayonunda yerləşən CityGarden Narimanov yaşayış kompleksində yeni mərhələ üzrə mənzillərin təməldənsatışına başlanılıb. Alıcılar üçü

Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək

Kristof Baumann-Kesten Beynəlxalq Valyuta Fondunda (IMF) İsveçrə ölkələr qrupunun (konstituensiyasının) icraçı direktoru vəzifəsinin icrasına rəsmən başlayıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında məluma

Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək

Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsinin aksizli malların dairəsinə daxi

HONOR X9e Pro: Sərhədlərə meydan oxu

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 00 mAh tutumlu güclü batareya — yeni HONOR X9e Pro sərhədlərə meydan oxuyanlar üçün yaradılıb. HONOR premium dizaynı, müstəsna möhkəmliyi və uzunmüddətl


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberleri kriminal xeber en son xəbərlər bugün azerbaycan son xeber bugun