Bu il manatı hansı məzənnədə görə biləcəyik? - İqtisadçıdan devalivasiya ilə bağlı AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində valyuta ehtiyatları ilə bağlı da fikirlər səsləndirib. Ölkə başçısı bildirdi ki, əgər lazım olarsa, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Prezident qeyd edib ki, uzun illər ərzində manat sabitdir və ölkə əhalisi bundan faydalanır: "Manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. İnvestorlar üçün də bunun çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər" – İlham Əliyev deyib.
İqtisadçı ekspert Eldəniz Əmirov KONKRET.az-a açıqlamasında bildirib ki, Prezidentin müsahibəsində manat və devalvasiya haqqında açıqladığı fikirləri təhlil etdikdə, bu il eyni məzənnəni, yəni 1 dolların, 1,7 manat olacağını görə biləcəyimizi demək mümkündür: "Çünki bunu edə bilmək üçün 2 şey lazım idi. 1- məzənnəni saxlamaq üçün vəsait, 2 – ölkə rəhbərliyinin prinsipial qərarı. Vəsait var. Valyuta ehtiyatları artıb və 53 milyardı keçib. Ölkə rəhbərliyinin bu məsələdə son məqam zərurətinə qədər qərarlığını da Prezidentin açıqlamalarında gördük.
Onsuzda manata olan təzyiq ötən illlə müqayisədə azalıb. Belə ki, 2020-ci ildə 7.3 milyard dollar satıldığı halda, 2021-ci ildə azalaraq 6,6 milyard dollar olub. Bir sözlə, bütün bunlar 2022-ci ilin sonuna qədər devalvasiya ehtimalını əhəmiyyətli dərəcədə azaldaraq 0,5-dən aşağı salır" – deyə iqtisadçı vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu
"Trendyol"da "Əfsanə günlər " başlayır