Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ

Bu ixtisası bitirənlər İŞSİZ QALACAQAzərbaycanın əmək bazarında bəzi ixtisaslara tələbat artsa da, məzunların iş tapmaq imkanları azalıb. Universitetlərdə plan yerləri real ehtiyacları tam qarşılaya bilmir.
azxeber.com bildirir ki, məsələ ilə bağlı, təhsil eksperti Elçin Əfəndi Ajans.az-a açıqlama verib.
O bildirib ki, hazırda əmək bazarında abituriyentlərin daha çox üstünlük verdiyi ixtisaslar əsasən IT və maliyyə-iqtisadiyyat yönümlü sahələrdir. Xüsusilə kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi kimi istiqamətlərə maraq yüksəkdir. Bu sahələr üzrə kadr hazırlığının artması isə gələcəkdə əmək bazarında həmin ixtisas sahiblərinin sayının çoxalacağı anlamına gəlir. Nəticədə onların arasından yalnız ən güclü və peşəkar olanlar əmək fəaliyyətinə başlaya biləcəklər.
Onun sözlərinə görə, abituriyentlər seçim zamanı yalnız bir istiqamətə yönəlməməli, fərqli sahələri də nəzərdən keçirməlidirlər. Hazırda ali təhsil müəssisələrində əmək bazarında o qədər də ehtiyac duyulmayan bəzi ixtisasların plan yerləri azaldılmalıdır. Tamamilə ləğvdən söhbət getməsə də, daha vacib və perspektivli sahələr üzrə plan yerlərinin artırılması məqsədəuyğun olar.
"Məsələn, Azərbaycanda kənd təsərrüfatı sahəsində ciddi kadr ehtiyacı mövcuddur. Buna baxmayaraq, abituriyentlər aqronomluq, aqromühəndislik, zootexniklik, baytarlıq, bitkiçilik kimi ixtisaslara maraq göstərmirlər. Halbuki əmək bazarında bu sahələr üzrə böyük boşluq və işçi tələbatı var."
Elçin Əfəndi açıqlayıb ki, bəzi ixtisaslar üzrə plan yerlərinin müəyyən qədər azaldılması daha uyğun ola bilər. Bunlara arxiv işinin təşkili və sənədlərin qorunması, bəzi bədii yaradıcılıq istiqamətləri, o cümlədən dizayn ixtisası aid edilə bilər.
Universitet məzunlarının bəzi sahələr üzrə iş tapmaqda çətinlik çəkməsi də mövcud problemlərdəndir. Bu səbəbdən müvafiq qurumlar tərəfindən əmək bazarı mütəmadi araşdırılmalı, hansı ixtisaslara ehtiyacın az olduğu müəyyənləşdirilməlidir. Həmin istiqamətlər üzrə plan yerlərinin azaldılması daha düzgün addım olar. Buraya turizm, sosiologiya, sosial iş kimi ixtisasları da əlavə etmək mümkündür.

Sosial       Tarix: 12 may 2026
f Paylaş

Oxşar xəbərlər

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat son.xeber dunyada son xeberler hava