Bu klub yeni mövsümdən Xankəndini təmsil edəcək
Yeni mövsümdən Xankəndinin Azərbaycanın futbol xəritəsində yer alacağı barədə məlumat vermişdik. Artıq bu prosesin detalları müəyyənləşib.
KONKRET.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, MOİK yeni mövsümdən sözügedən şəhərimizi təmsil edəcək. Müdafiə Nazirliyinin balansında olan komandanın orada məskunlaşması yönündə artıq işlərə başlanıb.
Əvvəlcə klub rebrendinq edilib. Klub yeni loqo ilə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə keçirilən "Qarabağ"la oyunda meydana çıxıb. Bundan başqa, şirkətlərdən biri MOİK-in titul sponsoru olub.
MOİK-in yeni mövsümdən hansı liqada çıxış etməsindən asılı olmayaraq Xankəndini təmsil edəcəyi artıq dəqiqləşib. Futbol komandasının məskunlaşması üçün baza və şərait yaradılacaq.
Bundan əlavə, yaxın gələcəkdə Mərkəz Ordu İdman Klubunun nəzdində fəaliyyətdə olan bütün idman növləri üzrə idmançıların və komandaların da qədim şəhərimizdə məskunlaşması planlaşdırılır.
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi