Bu maşınlar sürətlə gözdən düşür: Qiymətlər kəskin ucuzlaşacaq

Bu maşınlar sürətlə gözdən düşür: Qiymətlər kəskin ucuzlaşacaq2024-cı ildə xaricdən Azərbaycana avtomobil idxalı azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-may aylarında xaricdən Azərbaycana 31 954 ədəd minik avtomobili gətirilib. 
Ötən illə müqayisədə ölkəyə gətirilən minik avtomobillərinin sayı 5440 ədəd və ya 14% azalıb. İlk 5 ayda ölkəyə gətirilən minik maşınlarının 6 923-ü hibrid avtomobillər, 1250-si elektrik maşınlarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 1039 ədəd və ya 18% artıb. Elektrik avtomobillərinin idxalı isə 438 ədəd və ya 54% artıb. 
Ənənəvi, yəni daxili yanma mühərriki - benzin və dizellə işləyən maşınların sayı isə sürətlə azalır. Belə ki, ilk 5 ayda xaricdən ölkəyə gətirilən benzin-dizel maşınlarının sayı 23 781 ədəd olub. Ötən ilin eyni dövrü ilə müqayisədə belə maşınların sayı təqribən 7 min ədəd və ya 22% aşağı düşüb. Nəticədə əgər bir il əvvəl ölkəyə gətirilən minik avtomobillərinin 18%-i elektrik və hibrid maşınlarının payına düşürdüsə, 2024-cü ilin ilk 5 ayının nəticələrinə görə, ölkəyə gətirilən maşınların 25%-i və ya hər 4 avtomobildən 1-ni elektrik və hibrid maşınları təşkil edib.  Klinikalar
Bəs bu tendensiya avtomobil bazarında benzin və dizel yanacağı ilə çalışan maşınların qiymətinə təsir göstərə bilərmi? 
azxeber.com bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, yanacaqla çalışan nəqliyyat vasitələrinə marağın azalaması dövrün tələbidir:
"Ümumiyyətlə, dünyada belə bir tendensiya hökm sürməkdədir və artıq bunun qarşısını almaq mümkünsüzdür. Dünya sürətlə benzin və dizel yanacağı ilə istehsal olunan nəqliyyat vasitələrindən imtina edir. Hibrid və elektromobil avtomobillərə keçid günün və dövrün reallığıdır. Bu proses eyni zamanda Azərbaycanda vüsət alıb. Bildiyiniz kimi, elektromobil və hibrid avtomobillərə gömrük və aksiz rüsumlarında güzəştlər tətbiq olunur. Bu özlüyündə xüsusən topdan satış və avtomobil alqı-satqısı ilə məşğul olan iş adamları üçün olduqca cəzbedicidir. Eyni zamanda artıq həm elektromobillərin işləmə mexanizmi, dizayn imkanları, atmosferə təsiri və bütün bunların hamısı avtomobil bazarına müsbət mənada təsir edir. Bu baxımdan həm də ekonomik nöqteyi-nəzərindən cəzbedici olduğuna görə bu bazara keçid sürətlənib. Buna görə də bu təbii prosesdir". 
Ekspert bu tendensiyanın avtomobil bazarına da təsir edəcəyini qeyd edib:
"Bu proses benzin və digər yanacaqla idarə olunan nəqliyyat vasitələrinin qiymətinin müəyyən mənada ucuzlaşmasına da gətirib çıxara bilər. Amma maya dəyəri və maya dəyərinin üzərindən qazanc deyilən bir şey var və bu da öz qüvvəsində qalacaq. Məncə hazırki durumda satış bazarına çox cüzi təsir göstərəcək, amma biz zamanla benzin və dizel maşınların daha da ucuzlaşmasını müşahidə edə biləcəyik". 

İqtisadiyyat       Tarix: 18 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

Nərimanovda mənzillər üçün yeni satış şərtləri - FAİZSİZ

Nərimanovda təməldən mənzillərin FAİZSİZkreditlə satışı davam edir!. Bakının Nərimanov rayonunda yerləşən CityGarden Narimanov yaşayış kompleksində yeni mərhələ üzrə mənzillərin təməldənsatışına başlanılıb. Alıcılar üçü

Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu - FOTOLAR

Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığ

"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır

2027-ci ildə əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə əmək pensiyasının orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmə

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Business School Bakıda ikincifilialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat vəsahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılardasahibkarlı

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

"Kontakt"da ilin ən böyük endirimləri başladı

"Kontakt"da ilin ən böyük endirim kampaniyası noyabrın 13-də başlayır. Noyabrın 29-dək davam edəcək "Böyük Cümə"də sevdiyiniz məhsulları nağd alışda 70%-dək endirimlə əldə edə bilərsiniz. Paltaryuyanınız

Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR

8 Noyabr – Zəfər Günü münasibətilə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri Zəfər abidəsini ziyarət ediblər. xəbər verir ki, ziyarət çərçivəsində sahibkarlar abidə önünə gül dəstələr


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar hava meherremlik 2026 xeberler bu qun