Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış
Alimlər xərçəng xəstəliyi ilə bağlı diqqət çəkən araşdırma aparıblar. Elm adamları çoxlu miqdarda ultra emal olunmuş qidalar istehlak edən kişilərdə prostat xərçənginə tutulma ehtimalının daha yüksək olduğunu müəyyən ediblər. Belə qidalara üstünlük verənlərdə xərçəng riski 24-31% artır.
Tədqiqat "The American Journal of Medicine" (AJM) jurnalında dərc olunub.
Tədqiqatçılar 2003-cü ildən 2023-cü ilə qədər Milli Pəhriz və Sağlamlıq Sorğusu zamanı toplanan 17.024 amerikalı kişidən əldə olunmuş məlumatları təhlil ediblər. Pəhriz iki gündəlik qida məhsulundan istifadə edilərək qiymətləndirilib və qidalar beynəlxalq NOVA təsnifatına uyğun olaraq ultra emal olunmuş kimi təsnif edilib.
Məlum olub ki, haqqında söz açılan zərərli qidalara tərkibində qida əlavələri, dadlandırıcılar və ətirləndiricilər olan və sənaye üsulu ilə emal olunmuş məhsullar - şirinləşdirilmiş içkilər, qablaşdırılmış qəlyanaltılar, kolbasa məhsulları və hazır yeməklər daxildir.
Belə məhsulları daha çox istehlak edən kişilərdə prostat xərçəngi riski statistik cəhətdən əhəmiyyətli dərəcədə yüksək olub. Onlar ən ekstremal qrupa aid ediliblər bu risk 34%-ə çatıb.
Əvvəllər də ultra emal olunmuş qidalar barədə araşdırma məlumatları yayılır, onların xeyli dərəcədə zərərli olması qeyd edilirdi. Belə qidalar piylənmə, metabolik pozğunluqlar, iltihab və ürək xəstəlikləri ilə əlaqələndirilirdi. ABŞ-da belə qidalardan daha çox istifadə olunur və prostat xərçəngi amerikalı kişilər arasında ən çox yayılmış xərçəng növüdür. 2026-cı il üçün 333.000-dən çox yeni xəstəliyin olacağı proqnozlaşdırılır.
/Publika.az / azxeber.com

Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü