Bu şəhər ələ keçirilir: "Böyük Turan" başladı

Bu şəhər ələ keçirilir: Bəşər Əsəd rejiminin süqutu nisbətən dinc şəraitdə baş verdi. Bu, Suriya məsələsi ilə bağlı əsas operatorlar arasında yeni razılaşma haqqında məlumatı təsdiqləyir.
KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a Suriyada son günlər baş verən hadisələri şərh edən rusiyalı ekspert Vitali Arkov deyib.
"Noyabrın sonunda Əsəd qeyri-rəsmi olaraq Moskvaya gəldi. Təxminən eyni vaxtda Rusiya, İran və Türkiyə arasında Suriya məsələlərinə dair danışıqların intensiv mərhələsi başladı. İsrail, Səudiyyə Ərəbistanı və hətta ABŞ arasında Suriya üzrə danışıqlarda iştirakla bağlı məlumatlar da ortaya çıxdı. Lakin bütün iştirakçılar bunu açıq şəkildə təkzib etdi. Görünür, bu fakt müəyyən mənada digər geosiyasi şahmat taxtalarında güc balansına təsir göstərə bilər, burada onların çoxu barışmaz rəqibdir. Bu baxımdan Əsədin getməsi, Suriyanın Dəməşq və bir sıra digər böyük şəhərlərinə nəzarətin şərti üsyançıların nəzarətinə keçməsini Rusiya və ya İranın fiaskosu kimi şərh etmək düzgün deyil. Bu, Kremlin yeni obyektiv reallıqları nəzərə alaraq geosiyasi "şahmat taxtası" üzərində oynadığı Suriya partiyasdır. Kreml son illərdə Suriyadakı Əsəd rejimini mümkün mübadilə obyekti kimi süngülərində saxlayıb. Eyni Türkiyə və hətta Rusiyaya qarşı sanksiyaları dəstəkləməyən İsrail kimi. Rusiya Suriyanı tamamilə itirmir. Ən azı, əsasən ələvilərin yaşadığı Latakiya Moskvadan yana qalır", – o bildirib.
Arkovun fikrincə, Suriya de-fakto monolit vahid dövlət kimi mövcudluğunu dayandırır:
"O, əsas oyunçuların təsir zonalarına bölünəcək: Türkiyə, Rusiya, İran, o cümlədən İsrailin. Birincisi, Təl-Əviv Qolan təpələri üzərində tam nəzarəti ələ keçirəcək, ikincisi, Livanda İranla Hizbullah arasında "göbək bağını" kəsməyə çalışacaq. Suriyanın yenilənməsindən ən çox faydalanan Türkiyədir. Ən böyük şəhər olan Hələb üzərində nəzarəti ələ keçirməyin "Böyük Turan" layihəsi üçün çox böyük simvolik əhəmiyyəti var. Əsəd rejiminin süqutu Suriya torpaqlarında sülhə səbəb olmayacaq. Əksinə, dini münaqişələr daha da güclənəcək və Yaxın Şərq daha da xaosa qərq olacaq".

Siyasi       Tarix: 10 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar

Rusiya avropalıların Ukraynada dərhal atəşkəs elan edilməsi ilə bağlı tələbləri ilə razılaşmayacaq, çünki Brüssel sadəcə vaxt qazanmağa çalışır. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavro

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasınd

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil

Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında bildirib. Onun sözlərinə görə

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler siyaseti xeberler bugun axsam az xeberler cəbhədən son xəbərlər 2026 qurban bayrami 2026