Bu xəstəliyin müalicəsi icbari tibbi sığorta hesabına aparılır

Bu xəstəliyin müalicəsi icbari tibbi sığorta hesabına aparılırQadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta təminatına daxildir.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, qadın sonsuzluğuna reproduktiv yaşda olan qadınların təxminən 10-15%-də rast gəlinir:
"Sonsuzluq uşaqlıq və ya yumurtalıqların anadangəlmə inkişaf qüsurları, genetik və immun pozğunluqlar, ətraf mühitin mənfi təsirləri, zərərli vərdişlər, somatik və ginekoloji xəstəliklər, infeksiyalar və digər amillərlə bağlı ola bilər. Bu problem ailə planlamasında çətinliklər yaradır və cütlüklərin həyat keyfiyyətinə mənfi təsir göstərə bilir"
Vurğulanıb ki, qadın sonsuzluğunun səbəblərini dəqiq müəyyən etmək üçün diaqnostika prosesi çoxşaxəli yanaşma tələb edir:
"Hormonal testlər diaqnostika prosesinin əsas mərhələlərindən biridir. Diaqnozu dəqiqləşdirmək üçün həkim pasiyentə hormonal testlər və əlavə laborator analizlər təyin edə bilər. Ovulyasiya və mayalanma prosesinin normal fəaliyyətini qiymətləndirmək üçün əsas götürülən follikul stimullaşdırıcı hormon (FSH), lüteinləşdirici hormon (LH), prolaktin, estrogen, progesteron, sərbəst testosteron və tiroid stimullaşdırıcı hormon (TSH) kimi hormon səviyyələrini ölçən testlər icbari tibbi sığortanın Xidmətlər Zərfində təminata daxildir. Laborator analizlərə ureaplazma, mikoplazma, süzənək, trixomoniaz, xlamidiya və digər infeksiyaların yoxlanması daxildir. Pasiyentlər icbari tibbi sığorta ilə ixtisaslı həkim göstərişi əsasında bu tibbi yoxlanışlardan keçə bilərlər.
Reproduktiv orqanların sağlamlıq vəziyyətini qiymətləndirmək üçün əsas metodlardan digəri icbari tibbi sığorta təminatına daxil olan instrumental-diaqnostik müayinələrdir. Bunlardan ən çox müraciət olunanı USM-dir. Sonsuzluğun diaqnostik tədbirlər kompleksinə uşaqlıq boynundakı xroniki infeksiyaların əlamətlərini aşkarlamaq üçün kolposkopiya, uşaqlıq boruları keçiriciliyinin pozulmasını araşdıran histerosalpinqoqrafiya (HSG) müayinələri də daxildir. Bu müayinələr uşaqlıq boynunda yara, iltihab problemlərini, boruların keçməməzliyini, anadangəlmə quruluş pozuntularını aşkar etməyə kömək edir.
Menstrual dövrü nizamsız olan qadınlarda hipofiz vəzinin problemlərini (neyroendokrin xəstəlikləri) müəyyən etmək üçün müayinələr təyin oluna bilər. Tibbi göstəriş əsasında bu pasiyentlər kəllə və türk yəhərinin rentgen, KT və ya MRT müayinələrindən keçə bilərlər".
"Əgər sonsuzluğun səbəbi anatomik anomaliyalar, törəmələr, boru keçməməzliyi və s. ilə əlaqəlidirsə, bu zaman cərrahi müdaxilələr tətbiq olunur. Bu müdaxilələr qüsurların, törəmələrin aradan qaldırılması, həmçinin reproduktiv sistemin funksionallığının bərpasına xidmət edir. Uşaqlıq polipləri, miomalar, boru keçməməzliyi və endometrioz kimi patologiyalar icbari tibbi sığorta hesabına cərrahi üsullarla (açıq, laparoskopik və ya histeroskopik) aradan qaldırılır.
Bu müayinə və müalicə metodlarından yararlanmaq üçün vətəndaşlar ilkin olaraq ailə həkiminə və ya ginekoloqa müraciət etməlidirlər. İcbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlər tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin elmi-tədqiqаt institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur", - deyə məlumatda qeyd olunub. / azxeber.com

Sosial       Tarix: 14 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı

Bakıda supermarketlərdən birindən oğurluq edilib. -a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində yerləşən marketlərdən birinə qeydə alınıb. İnternat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagird

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Gələn il pensiyalar belə artırılacaq 

"Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əməkhaqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahid

Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirərə

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər

"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayı

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər cəbhədən xəbərlər son xeberler bu gun sou xeberler