Bu xidmətlər ƏDV-dən azad edilir

Bu xidmətlər ƏDV-dən azad edilirƏlavə dəyər vergisi ödəməkdən (ƏDV) azad edilənlərin əhatə dairəsi genişləndirilir.
azxeber.com BAKU.WS-ə istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.
Layihəyə əsasən, özəl baytarlıq xidmətlərinin göstərilməsi əlavə dəyər vergisindən azad ediləcək.
Eyni zamanda, layihəyə əsasən, Fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi 20 manat məbləğində müəyyən ediləcək.
Qeyd edilib ki, qanun layihəsi özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin vergitutma məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanıb.
Belə ki, qanun layihəsinə əsasən, özəl baytarlıq xidmətlərinin ƏDV-dən azad edilməsi, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə cəlb edilməsi təklif olunur.
Bununla da fərdi baytarlıq xidmətinin vergiyə cəlbi sahəsində inzibatçılıq azaldılacaq və bu şəxslərə yalnız "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" tətbiq ediləcək.

İqtisadiyyat       Tarix: 20 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Belə ki, yeni mexanizmə əsasən, işçilərə əməkhaqqı və digər ödənişlərin elektron sistem vasitəsilə həyata keçirilməsi planlaşdırılır

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Gələn il bu müavinətlər artırılacaq

2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurdu - FOTOLAR

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar


azerbaycan xeberleri yeni xeberler son xeberler maşın realiti şou bu gunun xeberleri haqqinda melumat idman xeberleri kriminal