Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? - AÇIQLAMA

Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? - AÇIQLAMABu yay istirahət planlayanlar üçün ən vacib suallardan biri hansı ölkələrin daha sərfəli olmasıdır. Qiymət dəyişiklikləri və tur paketlərinin artıb-azalması seçimlərə birbaşa təsir göstərir. Buna görə də turistlər büdcələrinə uyğun istiqamətləri əvvəlcədən müəyyən etməyə çalışırlar.
Məsələ ilə bağlı turizm eksperti Rahib İsmayılov Demokrat.az-a bildirib ki, mövzu ümumilikdə çox aktual və bir qədər də həssasdır:
"Çünki əsasən getmə turizmi ilə məşğul olan şirkətlər hazırda yaxşı anlayırlar ki, qiymətlər o qədər də ürəkaçan deyil. Adətən ölkəmizdə turistlər daha çox istirahət üçün Türkiyə istiqamətinə üstünlük verirlər. Lakin Türkiyə istiqamətində hər il olduğu kimi bu il də qiymət artımı tendensiyası davam edir. Üstəlik, dünya üzrə hava yolları şirkətlərində yanacaq və digər xərclərlə bağlı yaranan çətinliklər də qiymət artımına təsir göstərir. Bu vəziyyət xüsusilə Türkiyə istiqamətinə daha çox təsir edir. Nəticədə hazırda bu istiqamətdə aktivlik bir qədər zəifləyib.
Hal-hazırda insanların ən çox üz tutduğu istiqamətlərdən biri, xüsusilə viza problemi olmayanlar üçün, Avropadır. Bir çox insan Türkiyədə istirahətə sərf edəcəyi vəsaitə alternativ olaraq Avropa ölkələrini görməyi daha üstün tutur. Bu baxımdan Avropa hazırda daha ön sıralarda yer alır".
Ekspert deyib ki, digər istiqamətlər arasında Türkiyə ilə yanaşı Misir və Monteneqro da diqqət çəkir:
"Monteneqroya maraq kifayət qədər yüksəkdir, baxmayaraq ki, bu il artıq vizalı rejim tətbiq olunur, buna baxmayaraq insanlar yenə də həmin istiqamətə üz tuturlar.
Yunanıstanı da xüsusi qeyd etmək lazımdır. Oranın kurort tipli məkanları, istirahət zonaları və şəhərləri turistlər üçün daha cəlbedici hesab olunur. Turoperator şirkətlər tərəfindən təşkil edilən çarter reysləri və tur paketlər bu istiqaməti daha əlçatan edir. Eyni zamanda viza prosesində göstərilən dəstək də əlavə üstünlük yaradır. Buna görə də Yunanıstanı ön sıralarda göstərmək olar.
Bəzi turistlər isə Asiya istiqamətinə üstünlük verirlər. Hazırda yay mövsümündə Taylandda yağış sezonu olduğu üçün o qədər də əlverişli sayılmır. Lakin Vyetnamın bəzi bölgələri və Bali kimi istiqamətlər daha münasib hesab olunur. Buna görə də müəyyən turist qrupu həmin bölgələrə də maraq göstərir", - deyə o qeyd edib.  / azxeber.com

Sosial       Tarix: 10 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətd

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı v

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər.az sonxabar hava xeberler bugun 2026