Bulvarda azyaşlını skuterlə vurdu, cəza aldı
Səbail rayonu, Dənizkənarı Milli Parkın "Azneft" dairəsi yaxınlığında olan hissəsində skuterlə azyaşlı vurulub.
KONKRET.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisəyə görə 2001-ci il təvəllüdlü Sabir adlı şəxs saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə cinayət işi açılıb.
İş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, hadisə 10 iyul 2024-cü il tarixdə, təxminən axşam saat 21:00 radələrində baş verib. Belə ki, "Azneft" dairəsinə yaxın meydanda Sabir skuteri arxaya hərəkət etdirərkən azyaşlı qız uşağına çırpılıb.
Nəticədə qız uzun sürən komatik vəziyyətlə müşayiət olunan kəllə beyin travması alıb.
Məhkəmənin qərarı ilə Sabirə saxlanıldığı iki gün çıxılmaqla, 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Kurslar.az kurslar [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək