"Bütün oyunçularımız meydanda ürəklərini qoydular" - Canni De Byazi

"Oyuna çox yaxşı başladıq. Ard-arda qollar vurduq. İkinci hissədə özümüzü nisbətən çətinə saldıq. Bütün oyunçularımız meydanda ürəklərini qoydular"
KONKRET.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "AVRO-2024"ün seçmə mərhələsində evdə İsveç yığmasına 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, Azərbaycan millisi yaxşı oyunçulardan ibarətdir: "Yığmamızın bir hissəsi xaricdə legioner həyatı yaşayır və özlərini orada inkişaf etdirirlər. Yaxşı oyunçu olmaq üçün təkcə fiziki güc yetərli deyil. Beyində tam məqsəd qoymaq və onun ardınca getmək lazımdır. Hamı görür ki, gün keçdikcə daha yaxşı oyun göstəririk. 10 nəfər meydanda son ana kimi mübarizə apardı. Emin Mahmudov möhtəşəm qola imza atdı. İnanıram ki, belə qolların davamı gələcək. Futbolçularımız alqışa layiqdirlər. Çox işləyirik, məşq edirik. Bu nəticəyə layiq idik".
İtaliyalı çalışdırıcı komandanı Belçika ilə çətin oyunun gözlədiyini vurğulayıb: "Bugünkü matçdan fərqli olaraq, Belçika və Avstriya ilə oyunda qol epizodlarından istifadə edə bilməmişdik. Amma inkişafımız göz qabağındadır. Çox iddialı bir qrupdayıq, ona görə də əlimizdən gələni edirik ki, görüşlərdən müsbət nəticə ilə ayrılaq".
Qeyd edək ki, yığmamız növbəti oyununu noyabrın 19-da "Kral Boduin" stadionunda Belçika kollektivi ilə keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

İdman       Tarix: 17 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal bugun hava durumu son xəbərlər cəbhədən xəbərlər