"Çalışacağıq ki, oyunun taleyini 90 dəqiqədə həll edək" - Qurban Qurbanov
"Çox vacib oyundur. Avropanın ən güclü komandalarından birinə qarşı oynayacağıq. Yenidən bu arenada mübarizə aparmaq xoşdur".
KONKRET.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində səfərdə Almaniya "Bayer"inə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis rəqibdən çəkinmədiklərini bildirib: "Hər bir komandada özünəinam hissi olur. Sabah biz də bu cür meydana çıxacağıq. Məqsədimiz sonadək meydanda mübarizə aparmaqdır. Əlbəttə ki, rəqibin son dövrlərdəki hazırlığı bizdən yaxşıdır. Ancaq futbolçularıma çox inanıram".
Q.Qurbanov "Bayer" kimi komandalara qarşı oynamağın özləri üçün böyük təcrübə olduğunu deyib: "Azərbaycanda futbol çox sevilir. Biz də bunları gördüyümüz zaman daha da motivasiyalı oluruq. Çalışacağıq ki, oyunun taleyini 90 dəqiqədə həll edək və əlavə vaxta ehtiyac qalmasın. Oyun sayı çoxdur, futbolçuların istirahət etməyə demək olar ki, vaxtı qalmır. Matçın 120 dəqiqə olması oyunçularımızın əleyhinə olacaq. Belə iddialı komandaya qarşı 90 dəqiqə ən yaxşı şəkildə mübarizə aparmalıyıq".
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matç 2:2 hesabı ilə başa çatıb. Cavab oyunu martın 14-də Leverkuzendə təşkil olunacaq.
Kurslar.az kurslar [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto