"Casus şəbəkəsidir və öz dövlətinin kəşfiyyat maraqlarını təmin edir" - USAID-la bağlı QARANLIQ MƏQAMLAR

Azərbaycan rəsmi formada ABŞ-ın USAID təşkilatının fıaliyyətini dayandırdı. Hətta fəaliyyəti prezident Donald Tramp tərəfindən də tənqid edilən USAID təşkilatının Azərbaycanda qadağan olunması cəmiyyətdə rəğbətlə qarşılanıb. Bu cür casus şəbəkələrinin ölkəmizdə "yuva qurması" təbii ki, doğru hal kimi qiymətləndirilmir və ona görə də, dövlət tərəfindən lazımı addım atılıb.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Natiq Miri bildirib ki, bu cür strukturlar və qurumlar vasitəsi ilə xarici dövlətlər, xüsusilə də qlobal güclər digər dövlətlərə öz təsir imkanlarını artırmaq üçün istifadə edirlər:
"USAID bu təşkilatlardan biridir. Hətta USAID-a milyardlarla dollar vəsait ayırmaqla digər dövlətlərdə hakimiyyət çevrilişinin həyata keçirilməsi, eyni zamanda müəyyən geosiyasi maraqların təmin edilməsi baş verib. Bundan başqa USAID həm də qeyri-şəffaf bir sxem olaraq fəaliyyət göstərib. Yəni məxsus olduğu dövlətin ideoloji əsaslarını dolayısı ilə ictimai şüura yeridib. Ancaq USAID bu istiqamətdə fəaliyyət göstərən yeganə təşkilat deyil. Son günlər Azərbaycanda Rusiyanın bəzi media orqanlarının, mədəniyyət mərkəzlərinin, eləcə də "Rus Evi" kimi qurumların da fəaliyyətindən narazılıq bildirilir. Bunların hamısı casus şəbəkələridir və öz dövlətlərinin müəyyən kəşfiyyat maraqlarını Azərbaycanda təmin edirlər. Azərbaycan artıq "Rus Evi"nin də fəaliyyətinə qadağa qoymağa başlayıb. Bu cür addımlar ABŞ-la bağlı da həyata keçirilir. ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi USAID kimi çox böyük bir təşkilat da həm ABŞ, həm də Azərbaycan səviyyəsində öz fəaliyyətini dayandırıb. Doğrusu, özünün müstəqilliyinə hörmət edən bir dövlət bu cür ölkələrin donor olmasına imkan verməz. Çünki bu, doğru deyil. Azərbaycan artıq öz gücünü diqtə edən bir dövlətdir və bu cür təşkilatların ölkəmizdə fəaliyyət göstərməsi mümkün deyil. Bu, özünə hörmət edən dövlətin verdiyi qərardır və doğru addımdır. Azərbaycan cəmiyyətində də bu qərarı dəstəkləyənlərin sayı həddən çoxdur. Düşünürəm ki, kimliyindən asılı olmayaraq Azərbaycanda fəaliyyət göstərən bütün casus şəbəkələrinin fəaliyyətinə son qoyulmalıdır".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 08 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur

Türkiyənin Ərzincan vilayətindən seçilmiş deputat Mustafa Sarıgülün toxunulmazlığının ləğv edilməsi tələbi ilə bağlı təqdimat hazırlanıb. KONKRET.azxəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Ankar

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq yeni sahələrdə iş birliyini özündə ehtiva edir. xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsm

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

Bakı və İrəvan arasında münasibətlər... – Zaxarova

Tərəflərin müraciəti olacağı təqdirdə, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək göstərməyə hazırdır. KONKRET.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov

Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…

Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub.                                                        . xəbər verir ki, Qarabağ

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib. azərtac-a istinadən xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısını

İlham Əliyev: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam

Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. xəbər verir ki, paylaşımd

Çin liderindən Trampa Tayvanla bağlı XƏBƏRDARLIQ

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşündə ona Tayvanla bağlı xəbərdarlıq edib. " xəbər verir ki, Si Cinpin Tayvan mövzusunda ABŞ-ın "doğru iş görərək, ikitərəfli əlaqələrd

Paşinyan: 'Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik

Noyabrın 22-də Ermənistan rəhbərliyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, Zəngəzur dəhlizi - red.) layihəsinin icrasına başlanıldığını elan edəcək.  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barəd


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri ən son xəbərlər bugün bugun xeberler son.xeberler