Cəbrayılda xəstəxana işçisi həbs edildi: 17 minlik dələduzluq

Cəbrayılda xəstəxana işçisi həbs edildi: 17 minlik dələduzluqCəbrayıl Rayon Mərkəzi Xəstəxanasının "baş təsərrüfat qardaşı" vəzifəsində işləmiş şəxs dələduzluğa görə həbs edilib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, o, bir neçə nəfəri işə düzəldəcəyi vədi ilə aldadıb.
Qeyd olunur ki, o, vəd verdiyi şəxslərdən ümumilikdə 17 min manat pul alıb.
Xəlil A. bu əməllərini 2023-cü ildən törətməyə başlayıb. Pul aldığı şəxsləri xadimə, gözətçi, qeydiyyatçı işinə düzəldəcəyini vəd edib. Xadimə işinə görə 8 min manat, gözətçi işinə görə 4 min manat, qeydiyyatçı işinə görə isə 5 min manat pul alıb. O, aldığı pulları xəstəxananın direktoruna verəcəyini deyib. Amma vədinə əməl etmədiyinə görə zərərçəkmiş şəxslər narazılıq edib. Onlar xəstəxananın direktoru Anar Zamanovun yanına gedərək şikayət ediblər. Anar Zamanov Xəlilin yalan danışdığını deyib.
Zərərçəkmişlərin şikayətindən sonra Xəlil A. həbs edilib. O, zərərçəkmişlərə vurduğu ziyanı ödəməyib. Məhkəmə onun barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Xatırladaq ki, bu işdə adı keçən direktor Anar Zamanov başqa cinayət əməlinə görə məsuliyyətə cəlb edilib. O, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyeva ilə birlikdə rüşvət almaqda təqsirləndirilərək hakim qarşısına çıxarılmışdı. Onlar əlillik dərəcələri təyin etdirmək üçün vətəndaşlardan rüşvət almaqda təqsirli bilinirdilər. Məhkəmə onlar barəsində şərti cəza təyin edib.
Onu da qeyd edək ki, adı çəkilən xəstəxanada bu kimi hallar tez-tez təkrarlanır. 2016-cı ildə də həkim-pediatr Eldar Məmmədov vətəndaşlardan külli miqdarda pul alaraq onlara əlillik dərəcəsi düzəldəcəyini vəd edərək dələduzluq etmişdi.

Hadisə       Tarix: 19 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Xaçmazda ev yandı: 90 yaşlı qadının meyiti tapıldı

Xaçmazda evdə baş verən yanğın zamanı 90 yaşlı qadının meyiti aşkarlanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Xanoba kəndind

Husilər SÜRƏTLƏ İRƏLİLƏYİR: Ordu Bab əl-Məndəbi tərk etdi - Ədən TƏHLÜKƏDƏ

Yəmənin hökumətyönlü qüvvələri strateji əhəmiyyətə malik Bab əl-Məndəb boğazına bitişik ərazilərdən geri çəkilərək ölkənin beynəlxalq səviyyədə tanınmış hakimiyyətinin paytaxtı olan Ədənə doğru yenidən qruplaşdıqlarını ela

15 yaşlı qızın qaçırılması ilə bağlı yeni təfərrüat məlum olub - Foto

Sabirabad rayonunun Cavad kəndində 17 yaşlı oğlanın 15 yaşlı qızı qaçırması iddiası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. xəbər verir ki, hadisə ilə bağlı 17 yaşlı oğlanın nənəsi Sahibə Əkbərova danışıb. O bildirib ki, srağagü

Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu

Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib. xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, interpolun Azərbaycan Respublikasındak

Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var

Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb. -a istinadən xəbər verir ki, hadisə Ceyrançöl adlanan ərazidə baş verib. Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib

İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var

İranın İlam əyalətində işçiləri daşıyan avtobusun aşması nəticəsində 5 nəfər həyatını itirib, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. "Fars"a istinadən xəbər verir ki, hadisə Dəşt-e-Abbas şəhərindən Murmur

Əsgər ölümü: hərbi həkim həbs olundu

Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A-nın cinayət işi üzrə məhkəm

Qəbələdə dava: həmkəndlisinin qulağını dişləyərək qopardı

Qəbələ rayonu Dızaxlı kəndində qeyri-adi xuliqanlıq hadisəsi baş verib. -a istinadla xəbər verir ki, kənd sakini, R.M. münaqişə zəminində həmkəndlisi, A.A.nın sol qulağını dişləyərək qoparıb. Məlumata görə, tərəflər arasınd

Dövlət Xidmətinin rayon şöbəsində insident: Çağırış vərəqəsini

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsində insident yaşanıb. -a istinadla xəbər verir ki, hadisə xidmətin inzibati binasında qeydə alınıb. 2007-ci il təvəllüdlü çağırışçı, Astara rayo


azerbaycan xeberleri son xeberler yeni xeberler ensonxeberler valyuta mezennesi 2026 meherremlik 2026 sonxəbər