Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları

Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarlarıBir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?
Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərqli olur. Kimisi qazancını doğma şəhərinə, sevdiyi futbol klubuna və ya məktəbə dəstəyə, digəri isə bütün uduşunu xeyriyyəyə yönəldib.
Milyonları qazandılar, 98 faizini bağışladılar
2010-cu ildə Kanadanın Nova Scotia əyalətində yaşayan Violet və Allen Large "Lotto 6/49" tirajında təxminən 11,2 milyon Kanada dolları (13,82 milyon AZN) qazandılar.
Təqaüdçü cütlük əvvəlcə ailə üzvlərinə kömək etdi, daha sonra isə qazancın böyük hissəsini xəstəxanalara, yanğınsöndürmə xidmətlərinə, kilsələrə, Qırmızı Xaça və digər xeyriyyə təşkilatlarına bağışladı. Violet həmin dövrdə xərçəng müalicəsi aldığı üçün onun müalicə olunduğu xəstəxanalar da yardım alanlar arasında idi.
Nəticədə Large ailəsi uduşun təxminən 98 faizini başqalarına yardım üçün ayırdı və milyonçu olduqdan sonra belə sadə həyat tərzini dəyişmədi.
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarlarıMilyon qazandı, doğma şəhərinə su parkı hədiyyə etdi
ABŞ-da yaşayan John Kutey böyük uduşunu doğma şəhərində uşaqlar üçün qalıcı bir layihəyə çevirdi.
2011-ci ildə Nyu-York ştatında çalışan yeddi nəfərlik qrupun bileti "Mega Millions" lotereyasında 319 milyon dollarlıq cekpot qazandı. John Kuteyin payı isə 28,7 milyon dollar oldu.
John və həyat yoldaşı Linda qazandıqları pulun bir hissəsini doğma şəhərləri Green Islanda sərf etmək qərarına gəldilər. Şəhər rəhbərliyinə "Şəhərimiz üçün nə edə bilərik?" sualını verən cütlük nəticədə köhnə hovuzun yerində uşaqlar üçün yeni "spray park"ın yaradılmasına 200 min dollar bağışladı.
2013-cü ildə istifadəyə verilən park onların valideynlərinin xatirəsinə həsr edildi. Beləcə, lotereya uduşu bütöv bir şəhərdə yaşayan uşaqlara sevinc gətirən layihəyə çevrildi.
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarlarıCekpotu sevdiyi futbol klubunun gələcəyinə yatırdı
Futbol azarkeşləri üçün ən maraqlı nümunələrdən biri şotlandiyalı Colin Weirin hekayəsidir. Colin və həyat yoldaşı Christine Weir 2011-ci ildə "EuroMillions" lotereyasında 161,6 milyon funt sterlinq qazandılar.
Uşaqlıqdan "Partick Thistle" klubunun azarkeşi olan Colin Weir 2013-cü ildə klubun gənclər akademiyasının yaradılması üçün 750 min funt sterlinq ayırdı. Sonradan "Thistle Weir Youth Academy" adlandırılan akademiyaya 2018-ci ildə əlavə 600 min funt sterlinq dəstək göstərildi.
Onun da daxil olduğu investorların maliyyə dəstəyi ilə klub borclarını bağlayaraq daha sabit vəziyyətə keçdi. Weirin hekayəsi göstərdi ki, futbol sevgisi bəzən tribunadan kənara çıxaraq sevdiyin klubun gələcəyinə real sərmayəyə çevrilə bilər. 
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarlarıLee Ryan — £6,5 milyonluq uduşunu lüks həyata çevirdi
1995-ci ildə Böyük Britaniyada Lee Ryan və sevgilisi Karen Taylor £6,527,880 (15 milyon AZN) məbləğində cekpot qazandılar. Ryan qazandığı pulla təxminən £1 milyonluq malikanə, Ferrari Testarossa, Bentley, Porsche, Jaguar, BMW, iki Ducati motosikleti, təyyarə və £235 minlik Bell JetRanger helikopteri aldı. O dövrün mətbuatı onu lotereyanın "ən ekstravaqant qalibi" adlandırırdı. Ryanın hekayəsi böyük cekpot qazanan insanların pullarını necə qeyri-adi və dəbdəbəli şəkildə xərcləyə bildiyinin ən məşhur nümunələrindən biri olaraq qalır.
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları590 milyon dollarlıq cekpotdan məktəbə 1,8 milyon dollar
2013-cü ildə 84 yaşlı Gloria Mackenzie "Powerball"da 590,5 milyon dollarlıq cekpot qazandı. 
Lakin Mackenzie diqqəti yalnız rekord uduşu ilə çəkmədi. Onun vaxtilə yaşadığı East Millinocket şəhərindəki "Schenck High School" ciddi təmirə ehtiyac duyurdu və məktəbin damı su buraxırdı.
Mackenzie məktəbə 1,8 milyon dollar bağışladı. Vəsait damın dəyişdirilməsi və digər vacib təmir işlərinə yönəldildi. Sonradan məktəbin adının onun şərəfinə dəyişdirilməsi təklif edilsə də, cekpot qalibi bunu qəbul etmədi.
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarlarıCekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarlarıAzərbaycanda cekpot qalibi uduşunu necə dəyərləndirmişdi?
Böyük uduşların fərqli şəkildə dəyərləndirilməsinə Azərbaycanda da nümunə var.
2023-cü ildə "4+4" tirajlı lotereyasında 913 072 manatlıq cekpot qazanan Xaçmaz sakini Kamran Məmmədsəidov həmin dövrdə Azərbaycan lotereya tarixinin ən böyük cekpotunun sahibi olmuşdu.
O, qazandığı pulla Xaçmazda yeni ev alıb, kənddəki evini təmir etdirib və avtomobil alıb. Həmçinin satıcı kimi işlədiyi daş karxanasında indi özü də rəhbər olub. Bununla yanaşı, 50 min manata yaxın vəsaiti müxtəlif insanlara yardım məqsədilə verdiyini bildirib. Gələcək planları arasında isə biznesini genişləndirmək fikri var. 
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarlarıNövbəti böyük cekpot hekayəsi Azərbaycanda yazıla bilər
"Azərlotereya"nın "4+4" tirajlı lotereyasında cekpot Azərbaycan lotereya tarixində ilk dəfə 2 milyon manat həddini keçib. Bundan əvvəl "4+4"də qazanılmış ən böyük cekpot 913 072 manat idi. Hazırda 2 milyon manatı ötən rekord cekpot öz sahibini gözləyir.
Bəs həmin məbləğ bir gün sizin hesabınıza köçsəydi, ilk qərarınız nə olardı?
Xəyalınızdakı evi alardınız? Biznes qurardınız? Dünyanı gəzərdiniz? Yoxsa bu qaliblər kimi gözlənilməz bir qərarla başqa insanların həyatını dəyişdirərdiniz?
"4+4" lotereyasında şansını sınamaq istəyənlər biletləri "Azərlotereya" satış nöqtələri, "Azərpoçt" şöbələri, "Misli" məntəqələri, Azerlotereya.com və Misli.az platformalarından əldə edə bilərlər.
Kim bilir, bəlkə növbəti maraqlı cekpot hekayəsinin qəhrəmanı elə bizim aramızdadır. / azxeber.com

İqtisadiyyat       Tarix: 11 sentyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberleri xeber saytlari siyaseti xeberler bugun xeberler