Çempionlar Liqasının püşkü yenidən atıldı - CÜTLÜKLƏR DƏYİŞDİ
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü yenidən atılıb.
Publika.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan 16 komanda püşkdə 8 cüt təşkil edib.
Qrup qalibi olan komandalar ikinci yerin sahibləri ilə qarşılaşacaq. İlk oyunlar səpələnməmişlər səbətində yer alan ikincilərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar üz-üzə gələ bilməz.
Tədbir gün ərzində ikinci dəfə baş tutub. Buna püşk zamanı buraxılan kobud səhv səbəb olub. "Mançester Yunayted" və "Liverpul"un şarlarını səhv salan UEFA "Vilyarreal"la "Atletiko"nun mümkün rəqiblərinin siyahılarında xətalar buraxıb. Bu üzdən püşkatma 3 saatdan sonra yenidən təkrarlanıb.
Çempionlar Liqası
1/8 final
"Zalsburq" (Avstriya) - "Bavariya" (Almaniya)
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
"Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
"Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)
"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)
PSJ (Fransa) - "Real" (İspaniya)
***
Xatırladaq ki, ilk püşkün nəticəsi belə kidi:
"Benfika" (Portuqaliya) - "Real" (İspaniya)
"Vilyarreal" (İspaniya) – "Mançester Siti" (İngiltərə)
"Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya)
"Zalsburq" (Avstriya) - "Liverpul" (İngiltərə)
"İnter" (İtaliya) - "Ayaks" (Niderland)
"Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya)
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
PSJ (Fransa) - "Mançester Yunayted" (İngiltərə)
Qeyd edək ki, 1/8 finalın ilk oyunları gələn il fevralın 15-16-da və 22-23-də, cavab görüşləri martın 8-9-da və 15-16-da keçiriləcək.

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
İran ABŞ-a sərt cavabla hədələdi: "Bütün regional obyektlər hədəf alınacaq"
Almaniya kanslerindən Paşinyana SÜLH ÇAĞIRIŞI: "Yeni addımlar atılmalıdır!"
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə üz-üzə gələcək
Salyandakı qəzada ölənlərin FOTOLARI
Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır
"Bu səfərlərin çox böyük siyasi mənası var
Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı
UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır
İsrail Türkiyə ilə MÜHARİBƏYƏ başlayır - ŞOK ANONS
HƏMAS-ın rəhbərindən İLK MÜRACİƏT: "Yolumuz dəyişməz olaraq qalır"