Ceyhun Bayramov ATƏT-in baş katibinə Ermənistanla normallaşma prosesi barədə məlumat verdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
KONKRET.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.
"F.Sinirlioğlunu bu məsul vəzifəyə təyin olunması münasibətilə təbriklərimizi və xoş arzularımızı çatdırdıq. Biz münaqişədən sonrakı regional vəziyyət fonunda Azərbaycanın ATƏT-in roluna necə baxdığını və keçmiş münaqişənin qalıqları olan Minsk prosesi ilə bağlı strukturların dağıdılmasının vacibliyini qeyd etdik", – C.Bayramov bildirib.
Qeyd olunub ki, nazir ATƏT-in baş katibinə Azərbaycan-Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib.
Həmçinin Ermənistanın Konstitusiyasında və digər hüquqi sənədlərdə ərazi iddialarının davam etməsindən, eləcə də sürətli hərbi güclənmədən narahatlıq ifadə olunub.
Şikayətinizi və şahidi olduğunuz hadisəni çəkib bizə göndərin!
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var