"Changers Academy" AzMİU-da təqdimat keçirdi: Tikinti və dizaynda ən çox tələb olunan sahələr təqdim olundu

Azərbaycan Memarlıq və İnşaat Universitetində "Changers Academy" tərəfindən təşkil olunan təqdimat çərçivəsində tələbələr memarlıq və tikinti sahəsində müasir trendlər, innovativ yanaşmalar və karyera imkanları ilə tanış olublar. 
azxeber.com xəbər verir ki, tədbir "Kristal" tikinti şirkətinin  tərəfdaşlığı ilə həyata keçirilib.
Təqdimat zamanı müxtəlif istiqamətlər üzrə tədris proqramlarını təmsil edən instruktorlar çıxış edərək tələbələrə real layihələr əsasında praktiki biliklər təqdim ediblər. Proqram çərçivəsində aşağıdakı mövzular əhatə olunub:
• Böyük tikinti komplekslərinin vizuallaşdırılması və animasiyası;
• Süni intellektin memarlıq dizaynında rolu və tətbiq sərhədləri;
• Digital memarlıq və layihələndirmə prosesləri;
• Fasad mühəndisliyi və müasir texniki həllər;
• Tikinti layihələrinin idarə olunması.
Çıxışlar zamanı qeyd olunub ki, texnologiyanın sürətli inkişafına baxmayaraq, memarlıq və tikinti sahəsində insan faktoru həlledici olaraq qalır. Xüsusilə fasad mühəndisliyi, tikinti layihələrinin idarə olunması və kompleks dizayn prosesləri kimi istiqamətlər süni intellekt tərəfindən tam əvəz olunmayan sahələr kimi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində tələbələr qısa müddətdə həm nəzəri, həm də praktiki biliklər əldə edib, real tikinti layihələrində istifadə olunan vizual və texniki yanaşmalarla tanış olublar. Təlimin sonunda sual-cavab sessiyası təşkil olunub və iştirakçılar üçün xüsusi endirim imkanları təqdim edilib.
"Changers Academy" "Kristal" tikinti şirkətinin  rəsmi tərəfdaşıdır və təlimlərin praktiki hissəsi məhz şirkətin real tikinti layihələrində həyata keçirilir. Bu yanaşma tələbələrin biliklərini real iş mühitində tətbiq etməsinə şərait yaradır.
Akademiyanın əsas məqsədi iştirakçıları əmək bazarında rəqabət aparacaq səviyyəyə çatdırmaq, onlara real layihələr üzərində formalaşan praktik bacarıqlar qazandırmaqdır. 
Əgər siz də real bacarıqlar qazanaraq yüksək maaşlı və perspektivli karyera qurmaq istəyirsinizsə, "Changers Academy"in tədris proqramlarına müraciət edə bilərsiniz.
Telefon: +994 10 255 75 55
E-mail: [email protected]
Ünvan: İnşaatçılar metrostansiyasının yaxınlığı, Abbas Mirzə Şərifzadə küçəsi 110

İqtisadiyyat       Tarix: 24 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun son.xeberler cəbhədən ən son xəbərlər bugünki xəbərlər