Çimərlikdə alınan qisas: Qohumunu güllələyən "Mərdəkanlı Amin"in qardaşı hakim qarşısında

Çimərlikdə alınan qisas: Qohumunu güllələyən Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin cinayət işinin məhkəmə baxış iclası olub.
KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə sərbəst ifadə üçün söz verilsə də, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək məhkəmədə sərbəst ifadə verməkdən imtina edib.
Buna görə də hakim onun istintaqa verdiyi ifadəsini proses iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, qətl hadisəsi 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsində baş verib. İş adamı 53 yaşlı Cavanşir Abdullayevin "Revolver" markalı tapança ilə qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Xudaverdiyev polisə gələrək könüllü təslim olub.
İstintaq zamanı o da məlum olub ki, cinayətin törədilməsində Pərviz Xudaverdiyevin əmisi oğlu Seymur Xudaverdiyevin də iştirak etməsinə əsaslı şübhələr yarandığından o da məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalarla hadisənin qohumlar arasında ailədaxili mübahisələr zəminində törədildiyi bildirilib.
Xatırladaq ki, bu hadisədən bir müddət sonra qətlə yetirilən Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə atasını öldürməkdə təqsirləndirilən Pərviz Xudaverdiyevin qardaşı "Mərdəkanlı Amin" kimi tanınan, kriminal aləmdə nüfuz sahibi olan Amin Xudaverdiyevi Mərdəkandakı çimərliklərdən birində güllələyərək qətlə yetirib.//Oxu.az

Hadisə       Tarix: 03 oktyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda baş redaktor həbs edildi - Foto

Bakıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib. KONKRET. -a istinadla xəbər verir ki, "Vəkilin səsi" qəzetinin baş redaktoru Camal Bağırzadənin özünü vəkil kimi təqdim edərək vətəndaşlardan pul almas

Tanınmış azərbaycanlı biznesmenə hökm oxundu

Rusiyanın paytaxtı Moskvada bir neçə iri ticarət mərkəzinin keçmiş ortaq sahiblərindən olan, əslən azərbaycanlı iş adamı Solomon Manaşirov qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib. modernaz-a istinadən xəbə

Minaya düşən traktorçunun bir əli amputasiya olundu

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı nəticəsində xəsarət alan traktorçu əməliyyat olunub. xəbər verir ki, hadisə zamanı xəsarət alan Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovu

Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü

Cəlilabadda azyaşlını yüksək hərarətdən qıcolma tutub. xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 10 yaşlı A. Y. yüksək hərarət səbəbilə qıcolma keçirib və o, dünyasını dəyişib. Faktl

Naxçıvanda gənc əsgər naməlum şəraitdə öldü

Naxçıvanda hərbi xidmət keçən gənc əsgər naməlum şəraitdə ölüb. -a istinadla xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun oktyabr çağırışlı hərbi qulluqçusu Elnar Tağıyev buraxılışda olarkən Naxçıvan şəhərində yerləşən Sahi

Bakıda kişi evində ölü tapıldı

Bakı sakini evində ölü halda tapılıb. -ınxəbərinə görə, hadisə Binəqədi rayonu, A.Məmmədov küçəsində baş verib. 44 yaşlı Ramil Rafiq oğlu Tağıyevin meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb

Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu

Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub. xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, helikopter naməlum səbəbdə

Masallıda şəhid atası vəfat edib - Foto

Masallı rayonunda şəhid Bəşir Nuriyevin atası vəfat edib. -a istinadən xəbər verir ki, vəfat edən şəxs rayonun Binə Xocavar kənd sakini Nuru Nuriyevdir. Qeyd edək ki, Bəşir Nuriyev I Qarabağ müharibəsi zamanı 1994-cü ild

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıd


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun hava durumu xeberler bugun futbol xeberleri