"Çin bütünləşmək üçün Tayvanı işğal edəcək, daha sonra isə..." - Üçüncü Dünya Müharibəsi ilə bağlı ŞOK PROQNOZ

Bu gün bir çox beynəlxalq ekspertlər və analitiklər Üçüncü Dünya Müharibəsinin 2025-ci ildə başlayacağı və 2027-ci ilə qədər davam edəcəyi haqda fikirlər səsləndirirlər. Hətta iddialar arasında Çinin Yaponiya və Tayvana hücum edəcəyi haqda fikirlər də yer alır. Təbii ki, Yaxın Şərq və Ukraynada baş verən hadisələr dünya müharibəsinin astanasında olduğumuzu deməyə əsas verir. Lakin bu cür konkret proqnozların verilməsi olduqca böyük maraqla qarşılanır. Görəsən, həm Üçüncü Dünya Müharibəsinin başlanacağı, həm də Çinin Yaponiya və Tayvana hücum edəcəyi ilə bağlı səslənən iddialar nə dərəcədə realdır? 
Mövzunu "KONKRET.az"a şərh edən politoloq Natiq Miri bildirib ki, ABŞ və Qərbin başının Ukrayna və Yaxın Şərqdəki müharibələrə qarışdığı bir vaxtda Çinin bütünləşmək üçün Tayvanı işğal etməsi və özünə birləşdirməsi mümkündür:
"Bu ehtimallar var. Ancaq Tayvanı müdafiə edəcək və Çinə qarşı dayanacaq qüvvələri də nəzərə almaq lazımdır. Çünki qarşı duran tərəflər nüvə silahına malikdir. Bu gün nüvə təhlükəsi Yaxın Şərqdə, Ukrayna-Rusiya münaqişəsində mövcuddur. NATO-nun kiçik təxribatlar konteksində bu müharibələrə qoşulmaq ehtimalını nəzərə alsaq, o zaman bunun Üçüncü Dünya Müharibəsinə gətirib çıxara biləcəyini söyləmək mümkündür. Əslində hazırda Üçüncü Dünya Müharibəsinin astanasındayıq. Bu müharibələr əhatə dairəsini genişləndirə və daha çox dövləti ağuşuna ala bilər. Ancaq müharibənin 2025-ci ildə başlayacağı və 2027-ci ilə qədər davam edəcəyi haqda səslənən fikirləri real hesab etmirəm. Nədənsə, müharibələrin bitməsi üçün potensial imkanların olduğu haqda heç kim danışmır. Çünki müharibənin şiddətlənməsi dünyadakı bəzi qüvvələrin marağına xidmət edir. Onlar silah satışından milyardlar qazanırlar".
Ekspertin sözlərinə görə, bu gün İran və ABŞ arasında gizli sövdələşmənin olduğu haqda məlumatlar var:
"Necə olur ki, HƏMAS-dan qat-qat güclü olan Hizbullahı tamamilə başsız vəziyyətə gətirdilər? Görünən odur ki, ortada böyük oyunlar gedir. İnsanları total olaraq qorxutmaqla qlobal maliyyə şəbəkələri dünyanı idarə edir, silah alverçiləri isə böyük pullar qazanır. Bütün bunlar qlobal səviyyədə insanları daha rahat idarə etmək üçün qurulan oyunlar və səslənən fikirlərdir. Bu gün Qərb dünyasında siyasətçilər və hərbçilərin rahatlıqla alınıb-satıldığı heç kimə sirr deyil. Ona görə də, bu cür fikirlər səsləndirənlər sadəcə beynəlxalq oyunçuların maraqlarına xidmət göstərirlər".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 12 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

SEPAH-ın yeni raket şəhəri - Foto

SEPAH-ın yeni raket şəhəri təqdim olunub. KONKRET.azxəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Bildirilib ki, bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yeni raket şəhər

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler son xəbərlər azərbaycanda xəbər.az en son xeberleri