COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı

COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandıBMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) çərçivəsində ölkənin ən böyük kommersiya banklarından biri olanBank Respublika və Niderland İnkişaf Bankı (FMO) arasında Azərbaycanda yaşıllayihələrin maliyyələşdirilməsi üzrə böyük kredit sazişi imzalanıb.
Sazişə əsasən, beynəlxalqmaliyyə institutu «Bank Respublika»ya 4 il müddətinə 40 milyon ABŞ dolları məbləğindəAzərbaycan manatında (AZN) yaşıl kredit ayıracaq.
Qeyd etmək lazımdır ki, bu, FMO tərəfindən Azərbaycanbankına ayrılan ilk yaşıl kreditdir. Ayrılmış kredit, ölkənin 2035-ci ilə qədəristixana qazı tullantılarının 40% azaldılması istiqamətindəki səylərinə töhfəverəcək.
"Bank Respublika ilə yaşıl kredit üzrə tərəfdaşlığımızı davam etdirməkdənböyük məmnuniyyət duyuruq. Bu investisiya, Azərbaycanda yaşıl maliyyənininkişafına dəstək baxımından mühüm bir addımdır. Bank Respublika-yaetimadlarına və əməkdaşlığa hazır olduqlarına görə təşəkkür edirik. Bu vəsaitlərinyerli iqtisadiyyat və ətraf mühitə göstərəcəyi müsbət təsiri görməyi səbirsizlikləgözləyirik", - deyə FMO-nun icraçıdirektoru, Michael Jongeneel qeyd edib.
"İlk növbədə,qeyd etmək istərdim ki, bu sazişin ölkəmizdə uğurladavam edən COP29 çərçivəsində imzalanmasından çox məmnunuq. Bu, bizim iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlıinkişafın dəstəklənməsində olan səylərimizi bir daha nümayişetdirir. Bizim uzunmüddətlivə mühün tərəfdaşımız olan FMO ilə beləböyük məbləğdə sazişin imzalanması beynəlxalqmaliyyə təşkilatlarının "Bank Respublika"ya olan etimadını bir daha təsdiqedir və eyni zamandabizneslərini ekoloji texnologiyalar vasitəsilə inkişaf etdirən sahibkarlara dəstəyimizigöstərir. Biz əməkdaşlıq üçün tərəfdaşlarımızatəşəkkür edirik və əminik ki, bu saziş ölkədə ekoloji biznes layihələrininstimullaşdırılması imkanlarını genişləndirəcək və qlobal səviyyədə ekoloji problemlərin həllinə öz töhfəsini verəcək",– deyə «BankRespublika»nın İdarə Heyətinin sədriTariyel İsmayılov bildirib.
Dahaətraflı məlumatı bankın rəsmi saytındaeləcə də facebook, instagram,linkedin, telegram səhifələrində və ya BankınÇağrı Mərkəzinə 144 nömrəsinə zəngedərək əldə edə bilərsiniz.
COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandıCOP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandıCOP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı/ azxeber.com

İqtisadiyyat       Tarix: 19 noyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ünvanlı sosial yardım alanlara şad xəbər - "Növbəti ildən…

"Ünvanlı sosial yardım üçün müraciət prosesi elektronlaşdırılıb və hazırda elektron müraciətlərə uyğun olaraq sıralama, yəni dövlət sistemində növbə ardıcıllığı müəyyənləşdirilir. Bu da müraciətlərə həmin növbə sıralamasın

Azərbaycanda dərmanlar ucuzlaşacaq

Azərbaycanda dərman vasitələrinin Tarif (Qiymət) Şurasının müəyyən etdiyi maksimal qiymətdən daha aşağı qiymətə satılması zamanı vergitutma məqsədilə bazar qiymətinin müəyyənləşdirilməsi qaydalarının dəyişdirilməsi təkli

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəy

2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq

Dünya bazarında neftin qiymətində baş verən dəyişikliklər neft ixrac edən ölkələrin iqtisadiyyatına birbaşa təsir göstərir. Xüsusilə Azərbaycan kimi enerji resurslarından əhəmiyyətli gəlir əldə edən ölkələr üçün bu dəyişikliklə

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin ilk tətbiq olunacağı sahələr məlum olub. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zau

Aylıq büdcəni düzgün planlaşdırmağın 8 sadə üsulu

Aylıq büdcənin planlaşdırılması yalnız xərcləri azaltmaq deyil, gəliri məqsədlərə uyğun idarə etmək deməkdir. Düzgün hazırlanmış şəxsi büdcə gündəlik ödənişləri vaxtında qarşılamağa, borcları nəzarətdə saxlamağa və gələcə

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək

Potensial geosiyasi və iqtisadi risklər Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək. xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF

Qızıl 2027-ci ildə də bahalaşacaq? – PROQNOZLAR

2027-ci ildə dünya bazarında qızılın qiymətinin yüksək səviyyədə qalacağı, lakin il ərzində müəyyən eniş və yüksəlişlərin yaşana biləcəyi gözlənilir. Beynəlxalq maliyyə qurumlarının proqnozları qiymətlərin gələcək istiqamət


son xeberler azerbaycan xeberleri yeni xeberler siyaseti xeberler bugun bu gunun xeberleri xəbər az sonxeberler