COP29-da bu şəxslər pulsuz qida ilə təmin olunacaq
"COP29-un keçiriləcəyi məkan müəyyənləşdikdən sonra Bakı Stadionunda üç yeni mətbəxin qurulmasına start verdik".
azxeber.com APA-ya istinadən xəbər verir ki, bunu COP29 üzrə Keyterinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ümumən, dörd mətbəx fəaliyyət göstərir: "Bunların üçü Mavi zonada, bir böyük mətbəx isə Yaşıl Zonada yerləşir. Hazırda olduğumuz mətbəx 3000 kvadratkilometrdən böyük ərazini əhatə edir. 1500 kvadratında malların qəbulu, düzgün saxlanılması, ilkin emalı, bişirilməsi, qablaşdırılması və konfrans iştirakçılarına çatdırılması üçün nəzərdə tutulub. Qalan ərazidə isə stadion ərazisində fəaliyyət göstərən əməkdaşların qidalanmasını təşkil edirik".
Anar Zeynalov qeyd edib ki, stadionun ərazisində 56 yeni kafe-restoran qurulub: "Onların 30-dan çoxu qida satış nöqtələridir. İki böyük restoranın birində milli mətbəx, digərində isə dünya mətbəxindən təamlar olacaq. Bu qida satış nöqtələri stadion ərazisinin müxtəlif hissələrində yerləşir. Bu qida satış nöqtələrinin 1 saat ərzində 6000-dən çox konfrans iştirakçısına xidmət edə biləcək. Tədbirin formatı üç qidalanma prosesindən ibarət olacaq. Noyabr ayında keçiriləcək tədbirin sifarişlərini artıq indidən qəbul edirik və hazırlıq prosesi gedir".
O vurğulayıb ki, COP29-la bağlı Bakı Stadionundakı qida satış nöqtələrində çalışan əməkdaşların sayı 1200-dən yuxarıdır və əməkdaşların hamısı tibbi müayinələrdən keçiblər.
"COP29 zamanı portal və qida satış nöqtələrində, restoran-kafelərdə qidalanma ödənişli şəkildə həyata keçiriləcək. Yalnız COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər pulsuz qida ilə təmin olunacaqlar", - A.Zeynalov əlavə edib.

Keçmiş nazirə ağır itki
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək