COP29-da Çili nümayəndə heyətinin tərkibinə 120-dən çox insan daxil olacaq
Çili Bakıda keçiriləcək COP29 iqlim konfransında iki nazir daxil olmaqla 121 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Cankarlo Alberti iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə bildirib.
"Bu rəqəm həqiqətən [müsbət] təsir buraxır. Əvvəllər Azərbaycana heç vaxt Çilidən bu qədər böyük nümayəndə heyəti gəlməyib. Mənim ölkəmdən buraya gəlmək üçün üç transfer etməklə uçmaq lazımdır. Lakin düşünürəm ki, bu ilin dekabrından proses bir qədər asanlaşacaq, çünki İstanbuldan Çilinin paytaxtı Santyaqoya birbaşa uçuş açılacaq", - Alberti qeyd edib.
Diplomat həmçinin bildirib ki, bu ay Çilinin Bakıdakı səfirliyində konsulluq şöbəsi fəaliyyətə başlayacaq.
"Azərbaycan Çilidən uzaq ölkə olmasına baxmayaraq, biz əməkdaşlıq edirik və beynəlxalq təşkilatlar çərçivəsində də öz mövqelərimizi dəstəkləyirik", - səfir vurğulayıb.

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var