COP29: Şəhərsalma Günündə irəli sürülən yeni təşəbbüslər ölkələr arasında əməkdaşlığı gücləndirəcək
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29 çərçivəsində Bakıda səfərdə olan bir sıra hökumət nümayəndələri ilə görüşüb.
Əvvəlcə Malayziyanın Mənzil təminatı və yerli hökumət naziri Nqa Kor Minq ilə keçirilən məhsuldar görüşdə şəhərsalma, infrastruktur və yerli idarəetmə sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib. Tərəflər qarşılıqlı təcrübə mübadiləsi sayəsində bu sahələrdə daha effektiv iş və şəhərlərin davamlı inkişafı üçün birgə layihələr üzrə yeni imkanları nəzərdən keçiriblər. Anar Quliyev bu əməkdaşlığın Azərbaycan və Malayziyanın urbanizasiya sahəsində daha böyük uğurlarına və hər iki ölkədə həyat keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəyini qeyd edib.

Tacikistan Respublikasının Memarlıq və İnşaat Komitəsinin sədri Nizom Mirzozodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə baş tutan növbəti görüş zamanı tərəflər ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Qonaqlar şəhərlərin müasirləşdirilməsi və transformasiyası ilə yanaşı, ənənələrin qoruması sahəsində Azərbaycanın təcrübəsinə, habelə tarixi irs, müasir həllər və davamlı inkişafın harmoniyasını təmin edən şəhərsalmada innovativ yanaşmalara xüsusi maraq göstəriblər.


Anar Quliyev bu gün Sinqapur Milli İnkişaf Nazirliyinin Yaşana bilən Şəhərlər Mərkəzinin sədri professor Çonq Kun Hinin başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb. Görüşdə davamlı və yaşana bilən sağlam şəhərlər yanaşması, ekoloji həllər, qabaqcıl şəhərsalma texnologiyaları və şəhər idarəçiliyinin rəqəmsallaşdırılmasında Sinqapurun böyük təcrübəsinə xüsusi diqqət yetirməklə əməkdaşlıq perspektivləri müzakirə edilib. Sonda tərəflər bir-birini Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna və Sinqapurda təşkil olunacaq Ümumdünya Şəhərlər Sammitinə dəvət ediblər.


COP29-da təşkil olunan Şəhərsalma Günündə iştirak edən hər üç nümayəndə heyəti tədbirin uğurlu təşkili, habelə "Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət" təşəbbüsü və Bakı Davamlılıq Koalisiyasının yaradılması münasibətilə səmimi təbriklərini çatdırıb. / konkret.az

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək