COP29 vaxtı Azərbaycan və dünya mediasında yayımlanan xəbərlərin sayı açıqlandı

COP29 vaxtı Azərbaycan və dünya mediasında yayımlanan xəbərlərin sayı açıqlandıCOP29-da mediada 60.000-ə yaxın link yaradılıb, bunlardan 42.000-ə yaxını azərbaycandilli, 10.600-dən çoxu rusdilli, 7.300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Audiovizual Şura və Medianın İnkişafı Agentliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycan mediasında və sosial mediada işıqlandırılma vəziyyəti ilə bağlı birgə məlumat yayıb.
Məlumatda qeyd edilir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirildiyi iki həftə ərzində informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr edib, ayrı-ayrı günlərdə istehsal olunmuş xəbərlərin 60 faizini sammitlə bağlı materiallar təşkil edib. 2024-cü il noyabrın 11-dən 23-dək mediada mövzu ilə əlaqədar 60.000-ə yaxın link yaradılıb, bunlardan 42.000-ə yaxını azərbaycandilli, 10.600-dən çoxu rusdilli, 7.300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.
COP29-la bağlı materialların işıqlandırılması zamanı xüsusilə informasiya agentlikləri məlumat bazasını formalaşdıran əsas mənbəyə çevrilib. Agentliklərin hər biri tərəfindən tədbir pavilyonuna 10-a yaxın jurnalist və fotomüxbir cəlb edilərək çoxsaylı qonaqlarla müsahibələr təşkil olunub, yüzlərlə görüş və müzakirələr haqqında informasiyalar və geniş reportajlar hazırlanıb.
Xarici mediada COP29-la bağlı informasiya manipulyasiyasına cəhdlərin olduğu nəzərə alınaraq, sammitlə bağlı yüzlərlə vacib məlumat informasiya agentlikləri tərəfindən 3 dildə təqdim edilib. Bəzi media subyektlərinin rəhbərlərinin COP29-un əhəmiyyəti barədə məqalə və açıqlamaları öz təşəbbüsləri ilə dünya mediasında işıqlandırılıb.
Telekanallar COP29 barədə materialların hazırlanmasını xüsusi prioritet kimi müəyyənləşdirərək tədbirin işıqlandırılmasına 60-dan çox çəkiliş qrupu ayırıb. Bəzi günlərdə, xüsusilə liderlər konfransı günlərində isə çəkiliş qruplarının sayı daha da çox olub.
Aparılmış monitorinqlərin nəticələri göstərir ki, ümumölkə televiziya kanalları 2024-cü il noyabrın 10-24-də ümumilikdə müxtəlif məzmunlu 5344 material – xüsusi reportajlar hazırlayıb, xarici nümayəndə heyətlərindən, dövlət və hökumət başçılarından müsahibələr, süjetlər, canlı bağlantılar və s. yayımlayıb. Televiziya kanalları xəbər və xüsusi reportajlarla yanaşı, COP29 tədbirinin bu və ya digər aspektlərini yerli və xarici ekspertlərin iştirakı ilə ayrı-ayrı müzakirə və təhlil proqramlarında da gündəmdə saxlayıb, geniş müzakirələr təşkil ediblər. Ümumilikdə, AzTV-də 1234, "REAL" TV-də 900, "AnewZ" TV-də 840, "ARB24" TV-də 759, CBC TV-də 429, ATV-də 326, İTV-də 321, "Xəzər" TV-də 295, "Space" TV-də 149, ARB TV-də 91 material yayımlanıb.
Azərbaycan kanallarında COP29 tədbirinin işıqlandırılması tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Belə ki, televiziya auditoriyasının həcminin araşdırılması ilə məşğul olan "MARSA LTD" şirkətinin məlumatına əsasən, COP29 günlərində Azərbaycan televiziya kanallarına orta hesabla gündəlik baxış sayı 5 milyon 336 min nəfər olub. Ümumi orta baxış isə 7 milyon 888 min nəfər təşkil edib.

Siyasi       Tarix: 30 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Prezident: Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyirik

Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlə

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"


azerbaycan xeberleri yeni xeberler son xeberler maşın realiti şou bu gunun xeberleri haqqinda melumat idman xeberleri kriminal