COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır
"Beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etməyə nail olan Azərbaycan COP-la bağlı da bütün işləri təkrarolunmaz formada həyata keçirməyə qadirdir".
Bu sözləri azxeber.com-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Deputat həmçinin COP29 zamanı da ölkəmizdə çox mühüm məsələlər müzakiər olunacağını da qeyd edib:
"Bu gün Azərbaycan demək olar bütün dünya ölkələri ilə çox fəal bir iş aparır. İstər Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə 120 ölkəylə, istərsə də Avropa İttifaqına daxil olan ölkələrlə aparılmış qarşılıqlı əməkdaşlıq siyasəti nəticəsində, Avropa İttifaqı ölkələrinin 9-u ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu əlbəttə xarici siyasət sahəsində prezident İlham Əliyevin atdığı düzgün addımların nəticəsidir.
Qeyd etməliyik ki, Azərbaycan böyük təcrübəyə malik olduğundan COP29 zamanı da ölkəmizdə çox mühüm məsələlər müzakiər olunacaq.
Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar. Bu addım isə onu deməyə əsas verir ki, biz neft-qaz ölkəsi olmağımıza baxmayaraq, yaşıl enerji sahəsində də qazanılan nailiyyətlərdə pay sahibi olmaq və bu istiqamətin daha da inkişaf etdirilməsinə imkan yaratmaq niyyətindəyik.
Cənab prezident İlham Əliyevin Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews" telekanalına verdiyi müsahibə bildirdiyi kimi yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq."
Xidmetler [newsid: 0-123300]

Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib