Çörək bahalaşacaq?

Çörək bahalaşacaq?Qlobal buğda bazarında qiymətlər artımı davam edir.
azxeber.com xəbər verir ki, "Bloomberg" agentliyinin məlumatına görə, Qara dəniz regionunda hərbi gərginliyin dərinləşməsi və məhsul perspektivlərinin pisləşməsi fonunda buğda fyuçersləri ardıcıl ikinci ticarət sessiyasında bahalaşıb.
Çikaqo Əmtəə Birjasında (CBOT) ən aktiv buğda fyuçersləri təxminən 1% yüksəlib. Bazar iştirakçıları Rusiya və Ukrayna arasında davam edən qarşılıqlı hücumların dünyanın ən böyük buğda ixrac marşrutlarından biri olan Qara dəniz vasitəsilə daşınmalara risk yaratdığını qiymətləndirirlər. Nəticədə, iyul ayı ərzində buğda qiymətləri ümumilikdə 16% artıb.
"Commonwealth Bank of Australia"nın aqrar sektor üzrə iqtisadçısı Dennis Voznesenski bildirib ki, dünya buğda ixracının 25–30%-i Rusiya və Ukraynanın payına düşür. Onun sözlərinə görə, qarşıdakı məhsul yığımı mövsümündə ixrac zəncirində yarana biləcək fasilələr qlobal qiymətlər üçün mühüm dəstək amili olaraq qalır.
Qlobal bazarda baş verənlər ölkəmizdə çörəyin qiymətinə təsir edə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, son aylarda qlobal bazarda taxılın qiymətində bahalaşma var:
"Amma nəzərə alaq ki, Urkrayna-Rusiya müharibəsi başlayanda taxılın qiyməti bugünkündən xeyli baha idi. Hələ o zaman Azərbaycan höküməti müxtəlif alətlərdən- subsidiyalardan, dotasiyalardan istifadə edərək çörəyin qiymətinin bahalaşmasının qarşısını aldı.
Bu da təsadüfi deyil. Çünki taxıl strateji məhsuldur. Hökümət bu məsələdə çox həssasdır. Ona görə də indiki qiymət artımı müqabilində daxili bazarda çörəyin qiymətinin qalxma ehtimalı yoxdur. Zərurət yaranacağı təqdirdə hökümət yenə də məsələyə müdaxilə edə və vəziyyəti sabitləşdirə bilər.
Bundan əlavə, çörəyin qiyməti o zaman bahalaşa bilər ki, qlobal bazarda ərzaqlıq buğda sürətlə və dayanıqlı şəkildə bahalaşsın. İndiki vəziyyətdə belə bir ehtimal yoxdur. Çünki bu aydan başlayaraq dünyanın iri taxılçılıq ölkələrində ərzaqlıq buğdanın tədarükünə başlanır. Yeni məhsul bazara çıxandan sonra da qiymətlər ən azından sabitləşəcək və bəlkə də müəyyən ucuzlaşma olacaq".

Sosial       Tarix: 30 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilə

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bu gün UEFA Çempionlar Lqiasının Liqa mərhələsində "Borussiya" Dortmundu qəbul edəcək "Sabah"ın azarkeşləri üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüst

Qarabağ' – 'Neftçi' oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. . DİN-in Mətbuat Xidmətindən -un sorğusuna cavab olara

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son vəziyyət son xeber.az xeber saytlari az xeber