"Çox şükür ki, qızıl medalı əldə etdim" - Səid Nəcəfzadə
"Çox şükür ki, bacardım, qızıl medalı əldə etdim".
KONKRET.az xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paraatleti Səid Nəcəfzadə deyib.
T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda bütün rəqiblərini qabaqlayan idmançı Paralimpiya Oyunlarında ikinci dəfə iştirak etdiyini xatırladıb: "Üç il əvvəl "Tokio-2020″də bürünc medal əldə etmişdim. Bu, məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşı hazırlaşmağa sövq etdi. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünya çempionu olmuşdum. Bu da məni favoritlər arasında göstərirdi. Bunun üçün də daha çox həyəcanlı idim".
O, sosial şəbəkələrdə verilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: "Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya idmana və paralimpiyaya diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Dəstəyinə görə məşqçimə, üzvü olduğum "Neftçi" İdman Klubuna, Milli Paralimpiya Komitəsinə və rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə bu yolda bizə dəstək olduğu üçün təşəkkür edirəm".

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?