Cüdoçularımız Avropa Kubokunda iştirak edəcək

Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəkAzərbaycanın gənc cüdoçuları Avstriyanın Qrats şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.
KONKRET.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 1-dən 2-dək baş tutacaq turnirdə 30 ölkədən 435 idmançı qüvvəsini sınayacaq.
Yığmamız yarışda oğlanlar arasında 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq. Nizami İmranov (60 kq), Məhəmməd Musayev, İslam Rəhimov (hər ikisi 66 kq), Süleyman Əliyev, Aydın Rzayev (hər ikisi 73 kq), Məmmədrza Hacızadə, Süleyman Şükürov, Nahid Tarquliyev (hər üçü 81 kq), Tuncay Şamil, İsmayıl Zamanov (hər ikisi 90 kq), Nicat Şıxəlizadə (100 kq), Ramazan Əhmədov və Kənan Nəsibov (100 kq +) baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin etimadını doğrultmağa çalışacaq.
Qeyd edək ki, yarışdan sonra idmançılarımız oyyunun 3-dən 5-dək Qratsda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

İdman       Tarix: 31 may 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az 2026 en son xəbərlər bugün xəbərlər.com xeberlər