DÇ-2026: Pley-off mərhələsinin püşkü atılır
Bu gün 2026-cı ildə ABŞ, Meksika və Kanadada təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarının püşkü atılacaq.
KONKRET.az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 16:00-da FİFA-nın mənzil-qərargahında keçiriləcək.
Pley-off matçlarında seçmə mərhələdə qruplarında ikinci yeri tutan 12, Millətlər Liqasından isə dörd komanda (Rumıniya, İsveç, Şimali İrlandiya və Şimali Makedoniya) iştirak edəcək.
Ümumilikdə,16 komanda dörd səbətə ayrılacaq. Birinci səbətdə yer alan ölkələr dördüncü, ikinci səbətdəki yığmalar isə üçüncü qrupdakı kollektivlərlə qarşılaşacaqlar.
1-ci səbət: Türkiyə, İtaliya, Ukrayna, Danimarka;
2-ci səbət: Uels, Polşa, Çexiya, Slovakiya;
3-cü səbət: Albaniya, İrlandiya, Kosovo, Bosniya və Herseqovina;
4-cü səbət: Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya.
Pley-off mərhələsinin bir matçdan ibarət olacaq yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə martın 31-də oynanılacaq. Finalı qazanan komanda dünya çempionatına vəsiqə əldə edəcək.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA