De Byazi ilə bağlı ciddi tədbir görüləcək - Vaqif Sadıqov

De Byazi ilə bağlı ciddi tədbir görüləcək - Vaqif SadıqovAFFA milli komandanın baş məşqçisi Canni De Byazinin "Avro-2024"ün seçmə mərhələsinin Belçika ilə səfər oyunundan sonra azərbaycanlı jurnalistlər haqqında işlətdiyi qeyri-etik ifadələrə görə ciddi tədbir görəcək.
KONKRET.az xəbər verir ki, bu barədə AZƏRTAC-a milli assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov məlumat verib.
Onun sözlərinə görə, bunu nəinki italiyalı mütəxəssisə, heç kimə yaraşdırmadığını bildirib: "Onu bu çıxışı etməyə nəyin vadar etdiyini bilmirəm. Amma hesab edirəm ki, tamamilə yanlış addım idi. Heç kimin haqqı yoxdur ki, mətbuat konfransında jurnalistlərə təhqiramiz ifadələr işlətsin. AFFA-nın baş katibi də bununla bağlı jurnalistlərdən üzr istədi. Əminəm ki, bu məsələylə ilə bağlı ciddi tədbir görüləcək".
Canni De Byazinin milli komandadakı gələcəyinə də toxunan AFFA rəsmisi müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı çox ciddi müzakirəyə ehtiyac olduğunu vurğulayıb: "Potensialı yüksək millimizə hazırda potensialı tükənən baş məşqçi rəhbərlik edir. İcraiyyə Komitəsinin bununla bağlı verəcəyi qərarı gözləyəcəyik".
Yığmanın Belçikaya 0:5 hesablı məğlubiyyətini də şərh edən V. Sadıqov komandanın seçmə mərhələdə ən zəif oyununu keçirdiyini söyləyib: "Qəbul etmək lazımdır ki, komandamız Belçika kimi güclü rəqiblə oynamağa fiziki və psixoloji cəhətdən hazır deyildi. Amma futbolçuların hər matçda zəif çıxış etdiyini söyləmək də düzgün deyil. Məsələn, İsveçlə oyunda 3:0 hesabı ilə qalib gəldiyimizi də unutmamaq lazımdır. Təəssüf ki, eyni performansı Belçika komandası ilə matçda göstərə bilmədik".

İdman       Tarix: 20 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

"Sabah" komandasını Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Report-a Azərbayca

Timoteuş Puxaç "Sabah"dan gedir?

"Sabah"ın futbolçusu Timoteuş Puxaç gələcəkdə Polşanın "Lex" klubuna qayıtmaq istədiyini açıqlayıb. -a istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə "Meczyki" nəşrinə müsahibəsində danışıb

"Qalatasaray" "Ştutqart"a qarşı - Start heyətlər

Bu gün UEFA Çempionlar Liqasında IV tura start verilir. KONKRET.azxəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu evdə "Ştutqart"la üz-üzə gələcək. UEFA Çempionlar Liqası. Liqa mərhələsi, IV tur 3 noyabr

"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı 

Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq. xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək. İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundak

"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 11-ci turunda "Turan Tovuz"a ududzuqları matçdan danışıb. xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında komandasını

Ronaldo millidəki karyerasını başa vurdu

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kristiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurub. KONKRET.azxəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib

Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. KONKRET. -a istinadla xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsind

"Fənərbaxça" "Liverpul"u məğlub etdi

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun növbəti matçları keçirilib. report-a istinadən xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub. "Sabah" səfərdə "Vikinq"i

Emin Mahmudov millidə karyerasını başa vurur

Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib. -a istinadla xəbər verir ki, təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdə


son xeberler yeni xeberler azerbaycan xeberleri dunyada son xeberler havanın temperaturu xeber.az xabar az