"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir
Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb.
Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsində Türkiyəmillətini, Türkiyə Cümhuriyyətini, dövlətin qurum və orqanlarını aşağılama ilə bağlı Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi əsasında istintaq başladılıb.
Araşdırmaya Tançalanın toy mərasimindən sosial şəbəkələrdəyayılan və mərasim zamanı çoxlu miqdarda qızıl və digər əmlakın nümayişetdirildiyi görüntülər də daxil edilib.
Qeyd edək ki, toy mərasimində bloqerlər Arifə Məmmədova("baylarsoylar") və Fidan Zeyn də iştirak edib.
Ümumiyyətlə, bloqer və influenserlərin sosial şəbəkələrdənümayiş etdirdikləri dəbdəbəli həyat tərzi cəmiyyətdə zaman-zaman müxtəlifsuallar doğurur. Xüsusilə onların gəlirlərinin mənbəyi, reklam fəaliyyətindən əldəetdikləri qazanc və nümayiş etdirdikləri bahalı həyatın bu gəlirlərlə nə dərəcədəuyğun olduğu müzakirə mövzusuna çevrilir.
Mövzu ilə bağlı azxeber.com-a danışan Mətbuat Şurasının Sosial Media İstifadəçiləri iləƏlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli bildirib ki, bloqer vəinfluenserlərin qazanc mənbələri hazırda dünyada geniş müzakirə olunan məsələlərdəndir:
"Düşünürəm ki, bloqer və influenserlərin qazanc mənbəyibütün dünyada ən çox müzakirə olunan mövzulardandır. Çünki onlar daha çox dəbdəbəlihəyatları ilə gündəmə gəlirlər və reklam qarşılığında qazandıqları pullar var.Lakin bu pulların qarşılığında nümayiş etdirdikləri həyat tərzi heç də hərzaman həmin gəlirlərlə uyğun gəlmir.
Türkiyədə bununla bağlı uzun illərdir araşdırmalar aparılır.Pulların yuyulması və qeyri-qanuni əldə edilməsi ilə bağlı bir çox influenserinhəbs edilməsi və saxlanılması halları olub. Son günlərdə baş verən hadisə dəqardaş Türkiyədə ciddi narahatlıq doğurub.
Çünki həmin toyda yayılan görüntülərdə milyonlarla dollarlıqqızılların gəlinə hədiyyə olunması ciddi suallar ortaya çıxarmışdı. Bundansonra həmin şəxsin saxlanılması da gündəmə gəldi".
H.Heydərli qeyd edib ki, Azərbaycanda da bloqer vəinfluenserlərin həyat tərzi cəmiyyətin diqqətindədir:
"Ümumiyyətlə, Azərbaycanda da bu kimi hallar və bloqer,influenserlərin həyat tərzi cəmiyyət tərəfindən hər zaman böyük maraq doğurur.Müəyyən suallar var ki, bu şəxslər bəyan etdikləri reklam gəlirləri hesabına buqədər dəbdəbəli həyatı necə yaşayırlar? Düşünürəm ki, bundan sonrakı mərhələdə dövlət qurumları tərəfindənciddi mexanizmlər işə salınmalıdır. Bloqer və influenserlərin cəmiyyətə açıq şəkildəverdikləri məlumatlar, cəmiyyəti aldatmaları, eyni zamanda dəbdəbəli həyatlarıilə cəmiyyətə pis nümunə olmaları araşdırılmalıdır.
Onların gəlirləri şəffaf şəkildə vergi orqanlarına bildirilməlidir".
H.Heydərli vurğulayıb ki, bloqer və influenserlərictimai şəxslər kimi fəaliyyətlərinin məsuliyyətini də nəzərə almalıdırlar:
"Bütövlükdə bloqer və influenser olan şəxslər anlamalıdırlarki, onlar ictimai şəxslərdir və atdıqları hər addım cəmiyyətdə sual doğura bilər.Vətəndaşlar tərəfindən verilən haqlı suallara mütləq cavab verilməlidir. Özlərini daha təmkinli aparmalıdırlar. İnsanları öz bahalı həyatlarıilə qıcıqlandırmamalıdırlar. Bu, onların gələcəkdə qarşılaşa biləcəkləri böyükproblemlərin xəbərçisi ola bilər".
Fəridə Əsədzadə

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı
Reper Navainin anası danışdı: 'Oğlumu şərləyiblər
Survivor 2027'nin kapitanları onlar oldu
"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab
Stresə qarşı ən yaxşı vasitə açıqlandı
Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi
"Barselona" rekord qırdı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"– Binəli Yıldırım danışdı
İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı
Bakıda məktəb mühafizəçisinə hücum edildi
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto
Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı