Deputat: Konkret cərimə məbləğlərinin minimum həddləri müəyyənləşdirilsin

Deputat: Konkret cərimə məbləğlərinin minimum həddləri müəyyənləşdirilsin"Cinayət Məcəllənin 308-1 maddəsində təklif edilən dəyişikliklərə əsasən, dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyili miqdarda törədildikdə cinayət predmetinin dəyərinin, yəni təyinatından kənar istifadə olunan vəsaitin 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum olunma nəzərə tutulur. Mövcud mətndə cərimələr 9-13 min manat intervalında dəyişir".
azxeber.com xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasılnda deyib.
Deputtat bildirib ki, yeni dəyişikliklər ilə fiks cərimə mexanizmdən faiz meyarına keçidi reallaşdırır:
"Bununla yanaşı, təklif edərdim ki, bu maddə üzrə konkret cərimə məbləğlərinin minimum həddləri müəyyənləşdirilsin. Çünki bu zaman dövlət vəsaitinin təyinatından yayındırmağa görə dəymiş ziyan məbləği üzrə cərimələrin minimum məbləği müəyyənləşə bilər. Bu baxımdan təklif edirəm ki, müzakirə etdiyimiz dəyişiklik bu redaktədə təqdim olunsun: "Dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyili miqdarda törədildikdə minimum əmək haqqının bəlli mislindən az olmamaq şərti ilə cinayət predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum edilsin". Burada minimum əmək haqqı misli ilə bağlı konkret rəqəm qanunverici dəyişiklik təşəbbüsü  ilə çıxış edən qurum tərəfindən müyyənləşdirilə bilər".
"Həmin məcəllənn 308-1-2 maddəsinə təklif edilən düzəlişlərdən biri bu maddədə nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət predmetinin dəyərini (təyinatından kənar istifadə olunan vəsaitin)  tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunmasıdır. Məcəllə ilə xeyili miqdarda ziyan 50-250 min manat arası ziyan, külli miqdarda isə 250 min manatdan çox olan ziyan kimi təsnifləşdirilir. İnkişaf etmiş ölkələrdə, eləcə də bir sıra MDB dövlətlərində məsuliyyətdən azad olunma halı sadəcə kiçik məbləğli cinayət törədənlərə şamil edilir. Xeyili miqdarda ziyanın məbləği Azərbaycanda minimum əmək haqqının 125 mislindən 625 misli arasında dəyişir. Külli miqdarda olan ziyan isə minimum əmək haqqnın 625 mislindən baslayan rəqəmlər ilə ifadə olunur. Ona görə, bu maddə üzrə dəymiş ziyanın məbləğinin konkretləşdirilməsinə və həmin halın böyük rəqəmlər ilə ifadə olunan vəsait yayındırmalarına şamil olunmaması təklif edərdim".- deyə depuat bildirib.

İqtisadiyyat       Tarix: 11 aprel 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeber son xeberler 2026 xabar az son xeberler bugun 2026 azerbaycan