Deputat: Məktəblərdə telefonlarla bağlı qadağa vaxtında atılmış addımdır
Xəbər verdiyimiz kimi, məktəbəhazırlıq qrupları və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadəsinə dair yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, dərs zamanı telefon, planşet və digər elektron cihazlardan istifadə qadağan edilir, yalnız müəllimin icazəsi və nəzarəti ilə tədris məqsədləri üçün istifadəyə icazə verilir. Sənəd elm və təhsil naziri Emin Əmrullayevin qərarı ilə təsdiqlənib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov azxeber.com-a açıqlamasında bildirib ki, zaman keçdikcə sosial medianın uşaqların gələcək həyatına ciddi təsir göstərdiyinin şahidi oluruq:
"Bu məsələ uzun müddətdir cəmiyyətdə geniş müzakirə olunur. Zaman keçdikcə sosial medianın uşaqların gələcək həyatına ciddi təsir göstərdiyinin şahidi oluruq. Bu təsirlər getdikcə özünü daha açıq formada göstərir. Telefon və sosial media insan həyatını asanlaşdırmaqla, yeni imkanlar qazandırmaqla yanaşı təhsil və tədris prosesinə müəyyən mənfi təsirləri də mövcuddur.
Cənab Prezident İlham Əliyevin imzaladığı "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirləq haqqında" Sərəncamda da telefonlarla bağlı bəzi məsələlər öz əksini tapmışdır".
Parlamentari qeyd edib ki, məktəblərdə telefonlarla bağlı müəyyən qaydaların tətbiq edilməsi vacib addımdır:
"Məktəblərdə telefonlarla bağlı müəyyən qaydaların tətbiq edilməsi vacib addımdır. Çünki uşaqların məktəbə mobil telefon və digər elektron cihazlarla gəlməsi, dərs zamanı onlardan istifadə etməsi tədris prosesini pozur və şagirdlərin diqqətini yayındırır. Ona görə də bu istiqamətdə müəyyən qaydaların tətbiq edilməsi və düzgün nəzarət mexanizmlərinin yaradılması vacibdir. Bu, həm təhsil prosesinin keyfiyyətinin artırılması, həm də uşaqların sağlam inkişafı baxımından önəmli məsələdir".
"Azərbaycan təhsil sistemində bu istiqamətdə atılan addımlar tədris prosesinin səmərəliliyinin artırılmasına xidmət edir. Bu məsələ uzun müddətdir gözlənilən və cəmiyyət üçün əhəmiyyətli olan mövzulardan biridir", - deyə deputat bildirib.
Şahanə Ziyad

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA