Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİF

Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİFXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda elektrik avtomobillərində FM radionun olmaması ilə bağlı məsələyə münasibət bildirib. Dövlət başçısı radionu əsasən avtomobildə dinlədiyini qeyd edərək, avtomobili radiosuz təsəvvür etmədiyini vurğulayıb və bu istiqamətdə hər hansı təşəbbüs olacağı təqdirdə Azərbaycanın onu dəstəkləməyə hazır olduğunu bildirib.
Prezidentin bu açıqlaması FM radionun əhəmiyyətini yenidən gündəmə gətirib.
Milli Məclisin deputatı Naqif Həmzəyev azxeber.com-a açıqlamasında deyib ki, sürücülərin böyük əksəriyyəti avtomobildə daha çox radio dinləyir:
"Radio informasiya əldə etmək üçün əsas mənbələrdən biridir və sürücülərin böyük əksəriyyəti avtomobildə daha çox radio dinləyir. Bir çox məlumatı da məhz radio vasitəsilə əldə edirik. Hazırda sürücülər müxtəlif radio tətbiqlərini yükləyərək radioya qulaq asa bilirlər. Lakin bəzi avtomobillərdə bu tətbiqlərin quraşdırılması ilə bağlı problemlər yaranır. Bəzi tətbiqlər ödənişli olur, digərlərində isə çoxsaylı reklamlar yerləşdirildiyindən sürücülər onlardan istifadə etməyə üstünlük vermirlər. Nəticədə daha çox "YouTube" və digər platformalar vasitəsilə podkastlara qulaq asır, yaxud məlumatları fərqli mənbələrdən əldə edirlər. 
Bu isə istər-istəməz həm sürücülərin rahatlığı baxımından əlverişli deyil, həm də informasiya təhlükəsizliyi baxımından müəyyən problemlər yaradır. Çünki bəzi platformalarda etibarlı olmayan və ya yanlış məlumatlar yayıla bilir. Sürücülər də bəzən bu məlumatlara inanır və onların təsiri altına düşürlər".
O qeyd edib ki, müasir, xüsusilə də Çin istehsalı olan elektrik avtomobillərində klassik radio avadanlığı olmalıdır:
"Müasir, xüsusilə də Çin istehsalı olan elektrik avtomobillərində ya klassik radio avadanlığı olmalı, ya da həmin avtomobillər Azərbaycan bazarına gətirilərkən ölkədə istifadə üçün uyğun radio tətbiqləri əvvəlcədən quraşdırılmalıdır. Bununla bağlı Azərbaycana avtomobil idxal edən şirkətlər də mütəxəssislərin konkret təklifləri əsasında lazımi addımlar ata bilərlər. Hətta bu məsələ avtomobil istehsalçıları ilə də müzakirə edilə bilər ki, Azərbaycan bazarı üçün nəzərdə tutulan elektrik avtomobillərində radio tətbiqləri və ya klassik radio avadanlığı standart şəkildə quraşdırılsın.
Beynəlxalq təcrübədə buna bənzər yanaşmalar mövcuddur. Hətta bəzi ölkələrdə radiosu olmayan avtomobillərin satışına məhdudiyyətlər tətbiq edilib".
Parlamentari vurğulayıb ki, bu istiqamətdə zəruri tədbirlər görülməlidir:
"Bu istiqamətdə zəruri tədbirlər görülməlidir. Çünki radionun Azərbaycan dilinin qorunması və təbliği, etibarlı informasiyanın dinləyicilərə çatdırılması, eləcə də Azərbaycan musiqisinin təbliğində rolu əvəzsizdir. Bu səbəbdən məsələ ətraflı araşdırılmalı və Azərbaycanda problemin həlli üçün konkret təkliflər hazırlanmalıdır.
Azərbaycan Prezidenti də müxtəlif çıxışlarında radionun əhəmiyyətini dəfələrlə vurğulayıb. Biz də bu məsələyə həssas yanaşmalı, Azərbaycanda radio dinləyicilərinin hüquqlarının qorunmasına və xüsusilə sürücülərin etibarlı radio mənbələrinə rahat çıxışının təmin edilməsinə çalışmalıyıq".
Şahanə Ziyad

Sosial       Tarix: 15 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrini

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri hava maraqlı xəbərlər bugun xeberler