"Desəm ki, istədiyimiz kimi heyət formalaşdırmışıq yalan olar" - Qurban Qurbanov
"Çempionlar Liqası çox ciddi turnirdir. Ötən il ilk oyundan pley-off mərhələsinə qədər ciddi rəqiblər düşdü. Çox da maraqlı oyunlarımız oldu".
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O, komandasının ÇL-ə hazırlığından danışıb:
"Bu il də Çempionlar Liqasına ciddi hazırlaşmağa məcburuq. Desəm ki, tam düşündüyümüz kimi heyət formalaşdırmışıq, yalan olar. Amma istərdik ki, bir neçə oyunçu dəvət edək. Hər bir halda, əlimizdə olan futbolçulara güvənmişik. Minimum bu futbolçuların performansını yaxşılaşdırmağa çalışmışıq. Onları turnirə tam hazır etməyə çalışırıq. İşlərimiz, planlarımız odur ki, bir neçə yeni oyunçu gətirək. Futbolçularımızın sayının çox olmasına çalışırıq ki, keyfiyyətimiz də daha yuxarı olsun. Əgər düşündüyümüz, danışıq apardıqlarımız futbolçular alınarsa, mütləq heyəti gücləndirmək istəyirik".
Q.Qurbanov komandanın hazırlıq planını açıqlayıb:
"Demək olar ki, bəllidir. Açıqlama verilib. İyunun 10-dan Bakıda yığışacağıq və 22-də Avstriyaya səfər gözlənilir. Oradakı proqram bizdə tam hazırdır. Oyunların günləri də bəllidir. Sadəcə rəqiblər bəlli deyil. Onlar da tam bəlli olandan sonra ətraflı məlumat veriləcək".

Sensasiya: Türkiyənin Ukrayna mövqeyindən sonra Rusiya GÖRÜN NƏ ETDİ
FIFA DÇ-dən bu qədər pul qazandı
Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalandı
"Qarabağ" istədiyi ulduza görə Avropa klubundan cavab aldı
Ceyhun Bayramov: Rusiya ilə münasibətlər tam normallaşıb
Ceyhun Bayramov Lavrovla bunları müzakirə etdi – FOTOLAR
59 yaşlı kişi kanalda batdı
Bakıda bu ərazidə güclü yanğın başladı
Əraqçi hər şeyi DANIŞDI – Xameneinin ölümü ilə bağlı ELƏ ŞEYLƏR AÇIQLADI Kİ
İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU
Bakı və Astara sakinlərinin nəzərinə
FIFA 2026 dünya çempionatından rekort gəlir əldə etdi
Şəhid anası vəfat etdi
Bank of Baku və Mastercard-dan rəqəmsallaşma sahəsində mühüm addım
Dünya Kubokunun zirvə savaşı: İspaniya "divarı", yoxsa Messi "sehirbazlığı"?