Dəyənəklə döyülən şəxs sahibkar imiş

Dəyənəklə döyülən şəxs sahibkar imişBakının Binəqədi rayonu ərazisində dörd nəfərin dəyənəklərlə avtomobilə hücum edərək döydüyü şəxsin kimliyi məlum olub.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, hadisədə zərərçəkən şəxs Elnur Vidadi oğlu Miskərovdur.
Onun sahibkarlıq fəaliyyəti ilə, əsasən telefon alqı-satqısı ilə məşğul olduğu bildirilir.
Hadisəyə gəlincə, mənbələr bunun qadına sataşmaq üstündə baş verdiyini təsdiqləyirlər. Məlumata görə, davada iştirak edən Natiq Mustafakamalov qadının həyat yoldaşı, Azər Zahidli isə qadının qardaşıdır.
E.Miskərov Teleqraf-a açıqlamasında hadisə barədə geniş danışmaq istəmədiyini bildirib.
"Deyilənlər hamısı yalandır. Heç bir sataşma olmayıb. Məni səbəbsiz döyüblər və onlara ev dustaqlığı verilib. Məhkəmənin qərarı ilə razı deyiləm. Onların həbs olunmasını tələb edirəm. Digər suallara isə vəkilim cavab verəcək", – Elnur Miskərov söyləyib.
E.Miskərovun vəkili Xaliq Hüseynov isə bildirib ki, hadisənin kökü 2023-cü ilin aprel-may aylarına gedib çıxır:
"Hazırda cinayət işi üzrə zərərçəkmiş şəxs həmin dövrdə sosial şəbəkələrin birində "canlı efir"də olarkən ona mesajlar gəlib. Sonra bu mesajlar onların sosial şəbəkələr üzərindən ünsiyyət qurmasına səbəb olub. Onların ünsiyyəti ay yarıma qədər davam edib. Sonradan məlum olub ki, qarşı tərəfdə yazan xanımdır. Bundan sonra Elnur Miskərov münasibətlərə son qoysa da, qarşı tərəf sonradan müxtəlif sosial şəbəkələr üzərindən mesajlar göndərməyə başlayıb. Amma Elnur buna hər hansı reaksiya verməyib. Daha sonra 2024-cü ilin sonlarında hazırkı iş üzrə təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişə başqa adlar altında müraciətlər olunub. Onlar hansısa biznes təklifləri irəli sürüblər və s. Özlərini iş adamı kimi tanıdıblar. Hadisə baş verən gün – fevralın 5-də zərərçəkmişi görüş üçün Masazır gölünün ətrafına dəvət ediblər. Zərərçəkmiş ora gəldikdə təxminən 3 avtomobil onun qarşısını kəsib, biri arxadan, biri öndən, digəri isə yan tərəfdən mühasirəyə alıb.
Zərərçəkmiş çətinliklə də olsa, öz nəqliyyat vasitəsilə hadisə yerindən uzaqlaşarkən onu təqib ediblər, yolda saxlamaq istəyiblər. Zərərçəkmiş də Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng edib.
Hadisə yerindən uzaqlaşanda zərərçəkən Binəqədi rayonunun "Mərkəz" adlanan ərazisində tıxaca düşüb. Bu zaman təqib edənlər ona çatıblar və əllərində olan taxta parçaları ilə onu döyüb, ağır xəsarətlər yetiriblər. Həm özünə, həm də nəqliyyat vasitəsinə zərər vurublar, fiziki və mənəvi zorakılıq ediblər. Təbii ki, ictimai qaydanı kobud şəkildə pozuraq Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədiblər. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq davam edir.
İstintaq orqanı Binəqədi Rayon Məhkəməsinə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı müraciət edib. Lakin məhkəmənin qərarı ilə üç şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, bir nəfər isə sərbəst buraxılıb. Biz də zərərçəkmiş tərəf olaraq, həmin qərarlardan şikayət versək də, Bakı Apellyasiya Məhkəməsi şikayətlərimizi təmin etməyib", – deyə vəkil bildirib.

Hadisə       Tarix: 12 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Türkiyədə mikroavtobus faciəsi - 9 ölü

Türkiyənin Van vilayətinin Özalp rayonunda mikroavtobusla TIR-ın toqquşması nəticəsində 9 nəfər ölüb, 5 nəfər yaralanıb. xəbər verir ki, hadisə noyabrın 7-də Özalp-Saray avtomobil yolunda, Çalımlı məhəlləsi yaxınlığında ba

39 yaşlı kişi evində ölü tapıldı

Qazaxda 39 yaşlı şəxsin meyiti tapılıb. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Kosalar kəndinə qeydə alınıb. 1987-ci il təvəllüdlü Saleh Orucovun meyiti yaşadığı evin bağ sahəsində aşkar edilib. Faktla bağl

Keçmiş nazirə ağır itki

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova ağır itki üz verib. xəbər verir ki, onun anası Fatma xanım vəfat edib. Mərhum bu gün Mehdiabad qəsəbəsində dəfn olunub

Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi

Füzulidə baş verən ağır yol qəzasında xəsarət alan 28 yaşlı qadının müalicəsi Bakıda davam etdiriləcək. -ın əldə etdiyi məlumata görə, qəza zamanı yaralanan 1998-ci il təvəllüdlü Mustafayeva Rəmziyə Mustafa qızı Sabunçu Tib

Bakıda dava: 33 yaşlı kişi bıçaqlandı

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. teleqraf-a istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev onun ünvanın qeyri eti

Bakıda kişi evində ölü tapıldı

Bakı sakini evində ölü halda tapılıb. -ınxəbərinə görə, hadisə Binəqədi rayonu, A.Məmmədov küçəsində baş verib. 44 yaşlı Ramil Rafiq oğlu Tağıyevin meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb

Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı

Nərimanov rayonunda yerləşən kafelərdən birində baş vermiş insidentlə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, cinayət əməlini törədən daha 3 nəfər – Y.Cəbiyev, Ə.Hüseyno

Əlövsət Polad vəfat etdi

Tanınmış yazıçı, publisist və veteran jurnalist Əlövsət Polad vəfat edib. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ə. Polad 1943-cü ildə Neftçalanın Züd-Ost Qoltuq kəndind

Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var

Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb. -a istinadən xəbər verir ki, hadisə Ceyrançöl adlanan ərazidə baş verib. Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun oxu.az xeberler cəbhədən video xabar az