"Dəyişiklik səndən başlayır!" - Bullinqlə mübarizə layihəsi

"Birbank"ın təşəbbüsü və sponsorluğu, "Dərs Evi" Tədris Mərkəzinin təşkilatçılığı və Təhsil İnstitutunun dəstəyi ilə "Dəyişiklik səndən başlayır!" ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinə start verilib. 
Yanvarın 30-da layihə tərəfdaşlarını, media nümayəndələrini, təhsil və beynəlxalq ekspertləri bir araya gətirən təqdimat mərasimi baş tutub.
Tədbirdə "Birbank"ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, "Dərs Evi" Tədris Mərkəzinin icraçı direktoru Nigar Baimova, antibullinq üzrə beynəlxalq ekspert Mariya Afonina və digər rəsmi şəxslər iştirak edərək fikirlərini bölüşüblər. 
Fərqanə Məmmədova çıxışında bildirib ki, "Bullinq təkcə fərdlərə deyil, bütövlükdə cəmiyyətimizə təsir göstərən ciddi sosial problemdir. Bu, fiziki və ya emosional təsirlə yanaşı, insanların özünə inamını azaldan və onların gələcək inkişafına mane olan bir davranışdır. Məktəblər isə bir fərdin şəxsiyyət kimi formalaşmasında ən vacib mühitlərdən biridir. Ona görə də təhsil müəssisələrində bu cür mənfi halların qarşısını almaq və profilaktik tədbirlər görmək, maarifləndirmə işləri aparmaq olduqca mühüm vəzifədir".
Bullinq təhsil mühitində şagirdlərin biri-birinə qarşı fiziki və ya psixoloji təzyiqi, eləcə də təhqir kimi halları əhatə edir. Bu, məktəblərdə şagirdlərdə  narahatlıq yaradan, özünə inamı azaldan və onların psixoloji rifahına mənfi təsir göstərən ciddi bir problemdir. Məktəblərdə sağlam, təhlükəsiz və müsbət mühitin yaradılmasını hədəfləyən bu təşəbbüs cəmiyyətdə getdikcə aktuallaşan sosial problemin həlli istiqamətində mühüm addımlardan biridir. 
"Dəyişiklik səndən başlayır!"layihəsinin icrasına ilk olaraq 18 nömrəli tam orta məktəbdən başlanılacaq. Bu məqsədlə layihənin təqdimat mərasimində 18 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva, Birbank-ın Daxili kommunikasiya və KSM şöbəsinin müdiri Aynur Həsənzadə və "Dərs Evi" Tədris Mərkəzinin icraçı direktoru Nigar Baimova arasında xartiya imzalanıb. Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən "Dərs Evi" Tədris Mərkəzinin müəllimləri üçün xüsusi təlimlər keçiriləcək. Təlimlərdə iştirak edən müəllimlər bullinq mövzusunda maarifləndirmə və mübarizə yolları ilə bağlı bilik və bacarıqlarını artıracaqlar. Daha sonra təlim keçmiş müəllimlər ümumtəhsil məktəblərində öz həmkarlarına tədris proqramları təqdim edərək bullinqlə mübarizənin yollarını geniş kütləyə çatdıracaqlar. Layihənin effektivliyi isə məktəblərdə keçiriləcək sorğular və qiymətləndirmələr vasitəsilə izləniləcək.
Qeyd edək ki, "Birbank" Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində cəmiyyətimiz üçün önəmli mövzulara xüsusi diqqət yetirir və mütəmadi olaraq müxtəlif sosial layihələrə dəstək verir. Bullinq kimi dünya miqyasında aktual olan sosial problemə qarşı mübarizə təşəbbüsü bu istiqamətdə atılan növbəti mühüm addımdır. Bu layihə ilə yanaşı, bank cəmiyyətin rifahına yönəlmiş müxtəlif təşəbbüsləri dəstəkləməyə də davam edir. Bankın istər təhsilin inkişafı, istərsə də sosial problemlərin həlli istiqamətlərindəki fəaliyyətləri ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməklə yanaşı, gələcək nəsillər üçün dayanıqlı bir mühit yaratmağa yönəlib.  
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı "Kapital Bank" adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. "Kapital Bank" isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.  / azxeber.com

İqtisadiyyat       Tarix: 31 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu - FOTOLAR

Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığ

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən "Bank of Baku" növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəl

Bu müavinətlər artırılır - Komitə sədri təsdiqlədi

2027-ci ildə məcburi dövlət sosial sığortası hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşaqlara qulluğa görə, eləcə də dəfn üçün müavinətləri

"Marsol Zəfər Kuboku"nun qalibi bəlli oldu: "Birbank Biznes" 5-ci dəfə çempion oldu - FOTOLAR

4 noyabr tarixində Marsol Academy və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, "Techno Shop" şirkətinin baş sponsorluğu "Inch Mark" və "Sonifer" şirkətinin sponsorluğ

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub. xəbər verir ki, 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı iştirakçıla

Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azercell-in "Oflayn Qadınlar" sosial layihəsi beynəlxalq uğurlarını davam etdirir. Zorakılıqla üzləşən və ya zorakılıq riski altında olan qadınların məlumat və yardım resurslarına çıxışını asanlaşdıran təşəbbü

HONOR X9e Pro: Sərhədlərə meydan oxu

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 00 mAh tutumlu güclü batareya — yeni HONOR X9e Pro sərhədlərə meydan oxuyanlar üçün yaradılıb. HONOR premium dizaynı, müstəsna möhkəmliyi və uzunmüddətl

Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-da

Qızıl bu tarixdən bahalaşacaq

Dünya bazarında qızılın qiymətində baş verən geriləmənin ilin sonuna qədər davam edə biləcəyi ehtimal olunur. Bəzi beynəlxalq maliyyə qurumları qiymətli metalın bir troya unsiyasının 3 900 dollara, daha mənfi ssenaridə is


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bu gun son xeberler az cəbhədən ən son xəbər xeber